Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Hava limanlarında uçuşlar tətil səbəbindən dayandırılıb

.

01.03.2023 14:19
4
A+
A-

 Fevralın 27-də Almaniyanın Düsseldorf və Köln-Bonn regional hava limanlarında uçuşların əksəriyyəti “Ver.di” həmkarlar ittifaqının 24 saatlıq tətili səbəbindən ləğv edilib. Düsseldorfdan planlaşdırılan 330 təyyarə əvəzinə, yalnız 89-u, Kölndən 136 təyyarədən yalnız 2-si havaya qalxıb. Həmkarlar ittifaqı COVID-19 pandemiyasından və Ukraynadakı müharibədən sonra əhalinin gəlirlərinin və yaşayış səviyyəsinin aşağı düşməsinə səbəb olan ərzaq və enerji daşıyıcı qiymətlərinin artması ilə bağlı etiraz aksiyasının davamı olaraq növbəti tətil keçirib. “Ver.di” və Almaniya İctimai Xidmət İşçiləri Assosiasiyası ictimai xidmət işçilərinin maaşlarının 10,5% və ya ayda ən azı 500 avro artırılmasını tələb edir. Son danışıqlarda həmkarlar ittifaqına əməkhaqqının iki hissəyə bölünərək 5% artırılması və birdəfəlik 2500 avro ödənilməsi təklif edilib, lakin “Ver.di” bununla kifayətlənməyib. Və bundan sonra həmkarlar ittifaqı tətil elan edib.

Fevralın 17-də həmkarlar ittifaqı Almaniyada ən böyük sərnişin axını olan Frankfurt-Mayn, Münxen və Hamburq hava limanlarında uçuşları dayandırıb. Həmin gün həmkarlar ittifaqı yerüstü xidmət işçilərinin birgünlük tətilini elan etdi. Aksiya 300 minə yaxın sərnişinə təsir göstərib.

ETİKETLƏR: