Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK tərəfindən daha 5900 ailəyə bayram sovqatı

AHİK-lə yanaşı, sahə həmkarlar ittifaqları tərəfindən də bu xeyirxah aksiyanın göstərilməsi həyata keçirilir.

15.03.2023 10:58
20
A+
A-

Martın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən qarşıdan gələn Novruz bayramı münasibətilə respublikanın rayonlarında yaşayan 4650 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb.

Bir gün əvvəl isə Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriydan olan 1250 ailəyə də bayram sovqatı göndərilmişdi.

Ümumilikdə AHİK tərəfindən sovqat göndərilən ailələrin sayı 32 mini ötüb.

AHİK-lə yanaşı, sahə həmkarlar ittifaqları tərəfindən də bu xeyirxah aksiyanın göstərilməsi həyata keçirilir.

Məlumat üçün bildirək ki, AHİK İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci ilin aprelində 3900, 2021-ci ilin martında 3900, mayında 4000, 2022-ci ilin martında 4065, noyabrında 4500, dekabrında 4500 aztəminatlı, şəhid və qazi ailələri üçün ərzaq dolu avtomobil karvanı göndərilib. Eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına həssas qruplardan olan ailələrə sovqat və yardımların göstərilməsi üçün hər dəfə maliyyə vəsaiti ayrılıb.

Yolasalma mərasimində jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir: “Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər. Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur. Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağırışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar”.

Səttar Möhbalıyev həmçinin AHİK-in ölkəmizdə məşğulluğun təmin edilməsi, ittifaq üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində gördüyü işlər haqqında da məlumat verib.

ETİKETLƏR:

Foto