Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşçinin ixtisası yoxdursa, ona minimum əməkhaqqından az əməkhaqqı verilə bilərmi?İşçinin ixtisası yoxdursa, ona minimum əməkhaqqından az əməkhaqqı verilə bilərmi?

İşçinin ixtisası yoxdursa, ona minimum əməkhaqqından az əməkhaqqı verilə bilərmi?

09.06.2021 07:55
16
A+
A-

İşçinin ixtisası yoxdursa, ona minimum əməkhaqqından az əməkhaqqı verilə bilərmi?

Səbinə ƏLƏSGƏROVA, Beyləqan rayonu.

- Əmək Məcəlləsinin 155-ci maddəsinə əsasən, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
Minimum əməkhaqqı - iqtisadi, sosial şərait nəzərə alınmaqla, qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
İşçiyə minimum əməkhaqqından az əməkhaqqının verilməsi inzibati xəta sayılır və buna görə, İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində cərimə cəzası nəzərdə tutulmuşdur. Burada qeyd edilir ki, işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə- vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, Əmək Məcəlləsinin 94-cü maddəsində natamam iş vaxtı nəzərdə tutulmuşdur.
Natamam iş vaxtında alınan əməkhaqqı minimum əməkhaqqından az ola bilər.
Bu, əmək qanunvericiliyinin pozulması demək deyildir.

Mən 4 aydır ki, işləyirəm. Uşağımın xəstəliyi ilə bağlı 3 aylıq ödənişsiz məzuniyyət götürmək istəyirəm. 6 ay stajım olmadan bu məzuniyyət mənə verilə bilərmi?

Salehə QADİMOVA, Şirvan şəhəri.

- Ödənişsiz məzuniyyətlər işçinin məzuniyyət hüququnun bir növüdür. Qeyd etdiyiniz 6 ay staj məsələsi Əmək Məcəlləsinin 131-ci maddəsində göstərilib ki, bu da əmək məzuniyyətinin verilməsi qaydasına aiddir. Belə ki, işçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək müqaviləsinin bağlandığı andan etibarən 6 ay işlədikdən sonra əmələ gəlir.
Lakin qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı, ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı, elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququ var.
Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən, ödənişsiz məzuniyyətlər Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.
Sizin qeyd etdiyiniz hal tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilən ödənişsiz məzuniyyətdir.
Belə ki, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda,   o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti 6 aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
Göründüyü kimi, yalnız əmək məzuniyyəti verilməsi zamanı əmək müqaviləsi bağlandığı tarixdən etibarən 6 ay staj tələb olunur.
Məzuniyyətin qalan növlərinin verilməsi zamanı bu staj tələb olunmur. Odur ki, stajınızın 4 ay olmasına baxmayaraq, işəgötürənin razılığı ilə 3 ay ödənişsiz məzuniyyət götürə bilərsiniz.

ETİKETLƏR: