Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məqsədimiz təhlükəsiz iş şəraiti yaradılmasına nail olmaqdır

Həmkarlar ittifaqının əməyin mühafizəsi komissiyasının iclasında ildə 2 dəfə əməyin mühafizəsinin vəziyyətinə dair məsələlərə baxılır, Məclisdə müzakirə edilir.

15.03.2023 12:42
5
A+
A-

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Qarabağ, Cənub zona birləşmiş həmkarlar İttifaqı şuralarının xidmət sahəsinə daxil olan müəssisə və təşkilatlarda Əmək Məcəlləsinin 236, 237-ci maddələrinin tələblərinə əməl edilməsi vəziyyətini yoxlayıb. Yoxlama zamanı maddələrdə əksini tapmış əməyin mühafizəsi, texniki təhlükəsizlik üzrə qaydalar və normaların tətbiqinə diqqət yetirilib.

Yoxlamaların nəticələri təhlil olunub. Təhlil göstərib ki, bu işdə ciddi irəliləyişlərə nail olunub və yaxşı təcrübə qazanılıb. Davamlı olaraq işçilərin təhlükəsizliyinin, sağlamlığının, iş qabiliyyətinin qorunmasını təmin edən qanunvericilik, sosial-iqtisadi, təşkilati, texniki, gigiyenik və müalicəvi-profilaktik tədbirlər həyata keçirilib. İstehsalat  sahələrinin, texniki istehsalat bazasının, binaların, maşın mexanizmlərin, qurğu və avadanlıqların təhlükəsiz istismarı üçün xeyli iş görülüb. O cümlədən inzibati binalar, yardımçı otaqlar, sanitariya qovşaqları təmir edilib, ərazilər və ona bitişik sahələr abadlaşdırılıb.

Müasir texnika və texnologiyalar tədbiq edilməklə, əmək şəraiti və zəruri sanitariya məişət xidməti yaradılıb, əmək və istehsalat intizamı gücləndirilib. İşçilərin optimal əmək və istirahət rejiminə riayət olunub.

Yoxlama aparılan müəssisə və təşkilatlarda işçilərin təlimatlandırılması, qeydiyyat jurnallarının tərtibi, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimatlarının keçirilməsi və biliklərin yoxlanması işləri müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun qaydada təşkil edilir, əməyin mühafizəsi üzrə biliklərin yoxlanması barədə təsdiq edilmiş formada vəsiqələr verilir. İşçilər işə qəbul edilərkən iş yerində ilkin, təkrar növbədənkənar və cari təlimatlar aparılır və işlədikləri dövrdə vaxtaşırı olaraq müəyyən edilmiş qaydada tibbi müayinədən keçirilirlər.

Xidmət sahəmizdə olan bütün idarə, müəssisə və təşkilatlarda “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Qala-Həyat” Sığorta Şirkəti ASC ilə işçilərin sığortalanması barədə müqavilə bağlanmışdır.

Aparılan yoxlama nəticəsində 8 müəssisədə əməyin mühafizəsi üzrə nöqsanlar aşkar olunmuş və həmin pozuntularla əlaqədar təqdimatlar verilmişdir.

Həmkarlar ittifaqının əməyin mühafizəsi komissiyasının iclasında ildə 2 dəfə əməyin mühafizəsinin vəziyyətinə dair məsələlərə baxılır, Məclisdə müzakirə edilir.

Xidmət sahəmizdə olan yol təsərrüfatlarında əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl edilməsi, işçilərin layiqli iş yeri ilə təminatı tərəfimizdən daimi nəzarətdə saxlanılır.

Həmkarlar ittifaqı qeyd olunan məsələləri nəzarətdə saxlamaqla bərabər, hər il 22 Fevral - Yol İşçiləri Günü, Ümumdünya Əməyin Mühafizəsi Günü ilə əlaqədar müsabiqələr keçirir və qaliblər AHİK-in və Hİ-nin Fəxri Diplomu, qiymətli hədiyyələri ilə mükafatlandırılır.

2022-ci ildə xidmət sahəmizə daxil olan müəssisələrdə istehsalatda ölümlə nəticələnən 2 bədbəxt hadisə qeydə alınıb.

Həmkarlar ittifaqı bundan sonra da, kollektiv saziş və müqavilələrin müddəalarına uyğun olaraq, işçilərin istehsalat prosesində daha fəal iştirakını təmin edəcək, onların sağlamlığını, təhlükəsizliyini və sosial məsələlərinin həllini diqqətdə saxlayacaqdır.

 

 

Əjdər ALLAHVERDİYEV,

Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri

Həmkarlar İttifaqının baş texniki əmək müfəttişi

ETİKETLƏR: