Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


AHİK sədri Səttar Möhbalıyev pakistanlı həmkarlarına başsağlığı verib

Sizə və həlak olanların ailələrinə öz adımdan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bütün üzvləri adından dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirəm.

09.06.2021 12:02
10
A+
A-

 

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev Pakistan İşçilər Federasiyasının prezidenti cənab Nasib İqbala və qurumun sədri Abdul Salam Baloka onlarla insanın ölümünə səbəb olan qatar qəzası ilə bağlı başsağlığı verib.

Məktubda deyilir:

“Əziz qardaşlar,

Pakistanın Sind əyalətinin Qotki şəhəri yaxınlığında qatarın toqquşması nəticəsində onlarla insanın həlak olması xəbəri məni dərindən kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə və həlak olanların ailələrinə öz adımdan və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bütün üzvləri adından dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirəm.

Həmçinin qəza nəticəsində yaralananların tezliklə sağalmasını arzulayıram. Dualarımız Sizinlədir”.

ETİKETLƏR: