Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Böhranın kökündə duran problemlərdən danışdı

Onun sözlərinə görə, böhran qlobal olsa da, artan xərclərdən daha çox aşağıgəlirli ölkələr əziyyət çəkir.

15.03.2023 15:20
6
A+
A-

Martın 9-11-də Yunanıstan Əmək Konfederasiyasının 38-ci qurultayı keçirilib. Paytaxt Afina şəhərində baş tutan qurultayda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını (AHİK) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil edib.

Yunanıstanın bütün bölgələrindən səsvermə hüququ olan 400 nümayəndənin qatıldığı qurultayda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Antonio Lisboa, Avropa İqtisadi və Sosial Komitənin İşçi Qrupunun sədri Oliver Röpke, Beynəlxalq Əmək Təşkilatının (BƏT) İşçilərin Fəaliyyəti üzrə direktor müavini Anna Biondi, həmçinin İspaniya, Almaniya, İsveç, İtaliya, Türkiyə, Portuqaliya, Serbiya, Ukrayna, Albaniya, Bolqarıstan, Belçika, Avstriya və Fransanın həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

Qurultayda Yunanıstan Əmək Konfederasiyasının hazırkı sədri Yanis Panaqopolus səs çoxluğu ilə yenidən növbəti müddətə sədr seçilib.

Qeyd edək ki, qurultaydan öncə “Yaşayış xərclərinin böhranı - həmkarlar ittifaqlarının təkliflərinin nəzərə alınması” mövzusunda beynəlxalq konfrans təşkil edilib. Konfransda çıxış edən AHİK-in nümayəndəsi Səbuhi İmanov dünyada müşahidə olunan yaşayış xərclərinin artmasından, böhranın kökündə duran problemlərdən, gündəlik istehlak məhsullarının qiymətlərinə təsir edən amillərdən danışıb. Bildirib ki, dünya əhalisinin sayı 8 milyardı keçib, bu isə labüd olaraq əmək bazarında rəqabəti artırıb, əmək münasibətlərini daha da həssas edib, insanların, demək olar ki, gündəlik ehtiyaclarına - qida məhsullarına, enerji, bütün növ xidmət sahələrinə və hətta oksigenə olan tələbatının artmasına gətirib çıxarıb.

Onun sözlərinə görə, böhran qlobal olsa da, artan xərclərdən daha çox aşağıgəlirli ölkələr əziyyət çəkir.

S.İmanov həmçinin ölkəmizdə bu istiqamətdə görülən işlərdən söz açıb. Bildirib ki, Azərbaycanda əhalinin sosial rifah halının, aztəminatlı ailələrin sosial durumunun yaxşılaşdırılması ilə bağlı dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. Hər il ölkədə müşahidə olunan inflyasiyanın səviyyəsi nəzərə alınmaqla dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin əməkhaqları, sosial müavinətlər və təqaüdlər artırılır, sosial-müdafiə tədbirləri görülür.

Tədbir digər çıxışlarla davam edib.

ETİKETLƏR: