Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Tətil səbəbindən bütün reyslər təxirə salınıb

.

15.03.2023 15:23
6
A+
A-

Martın 13-də Berlin hava limanında bütün kommersiya reysləri yerüstü işçilərin tətili səbəbindən ləğv edilib. Aksiya yaşayış xərclərinin artması fonunda maaşların artırılmasını tələb edən “Ver.di” həmkarlar ittifaqı tərəfindən keçirilib. Tətil Hamburq, Hannover və Bremen hava limanlarını da əhatə edib. Berlin hava limanının saytında martın 13-də aviasiya təhlükəsizliyi işçilərinin xəbərdarlıq tətili ilə əlaqədar hava limanından kommersiya reyslərinin həyata keçirilməyəcəyi barədə elan yerləşdirilib. “Ver.di”nin Hamburqdakı nümayəndəsi Lars Stubbe deyib ki, aeroport işçilərinin tətili maaşların əhəmiyyətli dərəcədə artırılması ilə bağlı əsaslı tələblərimizi həyata keçirəcəyimizlə bağlı daha bir güclü siqnaldır. Bu tətil əhalinin gəlirlərini və yaşayış səviyyəsini aşağı salan ərzaq və enerjidaşıyıcılarının qiymətlərinin artması ilə bağlı etirazların sonuncusudur. Həmkarlar ittifaqı Almaniyada bütün dövlət sektoru işçilərinin maaşlarının 10,5% artırılmasını (ayda ən azı 500 avro) tələb edir, lakin danışıqlar nəticə vermir. Bu, ilk tətil deyil.

Fevralın 17-də Frankfurt-Mayn, Münhen və Hamburq hava limanları bağlanıb. Fevralın 27-də Düsseldorf və Köln-Bonn regional hava limanlarında əksər reyslər ləğv edilib. Martın 3-də isə “Ver.di”nin çağırışı ilə Baden-Vürtebmerq, Hessen, Aşağı Saksoniya, Şimali Reyn-Vestfaliya, Reynland-Pfalz və Saksoniya kimi bölgələrdə 15 minə yaxın ictimai nəqliyyat işçisi tətilə çıxıb.

ETİKETLƏR: