Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


FHN İşçilərinin Həmkarlar İttifaqı 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirib

Tədbirdə çıxış edən Nazirliyin qadın əməkdaşları ölkədə uğurla reallaşdırılan dövlət qadın siyasəti və ümumilikdə qadınlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

15.03.2023 15:31
18
A+
A-

Fövqəladə Hallar Nazirliyi İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” mövzusunda tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdıran FHN İşçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov bildirib ki, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə qadın hüquqlarının müdafiəsinə yönəlmiş bir sıra fərman və sərəncamlar imzalanıb. Ölkənin ictimai-siyasi, iqtisadi, mədəni həyatında qadınların rolu xeyli artıb. Bu gün dövlət qadın siyasəti ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə uyğun, demokratik əsaslarla həyata keçirilir.

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin bu günü və gələcəyi üçün gördüyü işlər, ölkəmizin tərəqqisinə verdiyi töhfələr hər bir Azərbaycan qadınına nümunədir”, - deyə sözünə davam edən Mehman İsmayılov vurğulayıb ki, Mehriban xanım Əliyeva beynəlxalq aləmdə öz siyasi və ictimai fəaliyyəti ilə Azərbaycan qadınlarını ən yüksək səviyyədə təmsil edir. O öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırıb.

Tədbirdə çıxış edən Nazirliyin qadın əməkdaşları ölkədə uğurla reallaşdırılan dövlət qadın siyasəti və ümumilikdə qadınlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Çıxışlardan sonra Fövqəladə Hallar Nazirliyinin strukturlarında çalışan, vəzifə borcunu layiqincə yerinə yetirərək xüsusi fərqlənmiş 100 nəfər qadın əməkdaş FHN İşçilərinin Həmkarlar İttifaqı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

ETİKETLƏR: