Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Stolüstü idman növləri  üzrə yarış keçirilib

İdmanın 3 növü (şahmat, dama və nərd) üzrə baş tutan yarışlarda 65 gənc əlil (kişi və qadınlar)  iştirak edib.                          

29.03.2023 11:22
4
A+
A-

Martın 13-15-də Bakının Ramana  qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  tabeliyində Sosial Xidmətlər Agentliyinin  Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya  Mərkəzinin kontingenti arasında Ümummilli  Lider  Heydər  Əliyevin  anadan olmasının 100  illik yubileyinə həsr edilmiş stolüstü idman  növləri üzrə yarış keçirilib. Yarış Dövlət İdarələri  və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin və  “Spartak” KBTİC İctimai Birliyinin İdarə Heyətinin birgə qərarına əsasən təşkil olunub.

İdmanın 3 növü (şahmat, dama və nərd) üzrə baş tutan yarışlarda 65 gənc əlil (kişi və qadınlar)  iştirak edib.                          

Yekun nəticədə I, II və III yeri tutanlar Respublika Komitəsinin diplomu və pul  mükafatı ilə təltif olunublar.

ETİKETLƏR: