Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün

BAŞ KOLLEKTİV SAZİŞ

05.04.2023 10:50
68
A+
A-

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (bundan sonra - Tərəflər) Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına, digər beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanaraq, 2023-2025-ci illər üçün sosial-iqtisadi və əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətini müəyyən edən Baş Kollektiv Saziş (bundan sonra - Saziş) bağlayırlar.

Tərəflər hesab edirlər ki, Azərbaycan Respublikasında uğurla həyata keçirilən islahatlar nəticəsində sosialyönlü, dünya təsərrüfat sisteminə inteqrasiya olunan milli iqtisadiyyatın formalaşması, makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafının sürətləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi ölkədə yoxsulluq və işsizlik səviyyəsinin nəzərəçarpacaq dərəcədə azaldılmasına, əhalinin məşğulluğunun təmin olunmasına, yeni iş yerlərinin açılmasına, gəlirlərin artırılmasına və vətəndaşların maddi rifah halının yaxşılaşdırılmasına, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən sosial-iqtisadi siyasətdir və bu hədəflərin reallaşdırılması Sazişin prioritet məqsədlərini təşkil edir.

Saziş sosial tərəfdaşlıq sisteminin tərkib hissəsidir və sahə (tarif) sazişlərinin işlənilməsi və bağlanılması üçün əsas təşkil edir.

Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.

 

1. İqtisadi

siyasət

sahəsində

 

1.1. Tərəflər hesab edirlər ki, yaxın gələcəkdə dövlətin sosial-iqtisadi siyasəti iqtisadi inkişafın dayanıqlılığının, istehsalatın modernləşdirilməsinin və rəqabət qabiliyyətinin yüksəldilməsi, innovasiya fəallığının və insan kapitalına investisiyalar qoyulmasının stimullaşdırılması, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, yeni layiqli iş yerlərinin yaradılması, yoxsulluğun azaldılması, əhalinin rifahının artırılması əsasında təmin edilməsinə istiqamətləndirilməlidir.

1.2. Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri öz üzərilərinə götürürlər:

1.2.1. Azərbaycan Respublikasının Ermənistanın işğalından azad edilən ərazilərinin bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafın təmin olunması (stimullaşdırıcı tədbirlərin görülməsi ilə yerli və xarici investorların cəlb olunması, istifadə olunmamış torpaqların münbitliyini nəzərə alaraq, torpaqlardan təyinatı üzrə istifadə edərək kənd təsərrüfatının inkişafı, turizm və xidmət infrastrukturunun yaradılması, yeni iş yerlərinin açılaraq işsizlik səviyyəsinin azaldılması və s.);

1.2.2. milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş qeyri-neft sektorunun davamlı və rəqabətqabiliyyətli inkişafını davam etdirmək;

1.2.3. iqtisadiyyatın, o cümlədən xidmət sahələrinin modernləşdirilməsinə kömək göstərmək;

1.2.4. iqtisadiyyatın innovativ inkişaf modelinə keçidini sürətləndirmək;

1.2.5. iqtisadiyyatın yüksək texnoloji və infrastruktur sahələrinin inkişaf etdirilməsinə diqqəti artırmaq;

1.2.6. iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsi üzrə kompleks tədbirləri həyata keçirmək;

1.2.7. sosial-iqtisadi inkişafın və dövlət büdcəsinin ortamüddətli proqnozlaşdırma sistemini təkmilləşdirmək, onun keyfiyyətini artırmaq;

1.2.8. milli inkişaf prioritetlərinin “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəlik”dən irəli gələn məqsəd, hədəf və göstəricilərinə uyğunlaşdırılması prosesinin həyata keçirilməsini sürətləndirmək, bu prosesdə regionların iştirakını gücləndirmək və uğurlu nümunələr yaratmaq üçün model regionlar formalaşdırmaq;

1.2.9. bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün dövlətin maliyyə dəstəyini davam etdirmək, bu dəstəyi daha səmərəli təşkil etmək məqsədilə dövlət-sahibkar münasibətlərinin digər institusional mexanizmlərini daha da təkmilləşdirmək, dövlət  satınalmalarında onların iştirakını təşviq edən qanunvericilik və tənzimləmə çərçivəsini yaratmaq;

1.2.10. yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək məqsədilə yerli istehsalçılara hərtərəfli yardımı artırmaq, qanunvericilik və beynəlxalq hüquq normaları əsasında daxili və xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə etmək, istehsal olunmuş hazır məhsulun dünya bazarlarına ixracını stimullaşdıran tədbirlər sistemini gücləndirmək, bu sahədə hesabatlılığa nail olmaq üçün “Xarici ölkələrə ixrac missiyalarının və Azərbaycan ərazisinə alıcı missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı beynəlxalq sertifikat almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 1063 nömrəli Fərmanının icrası barədə hökumət tərəfindən illik hesabatların Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyaya (bundan sonra - Üçtərəfli Komissiya) təqdim edilməsini təmin etmək;

1.2.11. “Dünyamızın transformasiyası: 2030-cu ilədək Dayanıqlı İnkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası “heç kimin geridə qalmaması” prinsipinə əsaslanaraq ictimai maarifləndirmənin aparılması, maraqlı tərəflərin, o cümlədən sosial tərəfdaşların, vətəndaşların, vətəndaş cəmiyyətinin, biznes sektorunun və medianın geniş formada cəlb edilməsini davam etdirmək;

1.2.12. iqtisadiyyatın bütün sahələrində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə tədbirləri davam etdirmək;

1.2.13. işə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsinin hüquqi bazasını formalaşdırmaq;

1.2.14. qeyri-formal iqtisadiyyatın leqallaşdırılması istiqamətində tədbirləri həyata keçirmək, qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid istiqamətində addımları gücləndirmək;

1.2.15. korrupsiya əleyhinə fəaliyyəti gücləndirmək;

1.2.16. əhalinin, o cümlədən gənclərin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün səyləri artırmaq, bu istiqamətdə müştərək layihələr həyata keçirmək;

1.2.17. təbii inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək;

1.2.18. geni dəyişdirilmiş məhsulların və saxta malların ölkəyə gətirilməsinin qarşısını almaq, ərzaq və qeyri-ərzaq mallarının keyfiyyəti üzərində dövlət nəzarətini gücləndirmək;

1.2.19. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsi şərtlərinin sadələşdirilməsi ilə bağlı tədbirlər görmək;

1.2.20. institusional, idarəetmə və struktur islahatlarını davam etdirmək;

1.2.21. inflyasiyanın məqbul səviyyədə saxlanılması məqsədilə müvafiq tənzimləmə üsullarından fəal istifadə etmək;

1.2.22. ölkənin qeyri-neft sektoruna xarici investisiyaların miqyasını daha da genişləndirmək məqsədilə xarici investorlar üçün stimullaşdırıcı mexanizmlər üzrə təkliflər hazırlamaq;

1.2.23. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin qəbul olunmasının sürətləndirilməsi üçün təsirli tədbirlər görmək;

1.2.24. idxalı əvəz edəcək və ixracyönlü məhsulların istehsalını və ixracını stimullaşdıran tədbirləri həyata keçirmək;

1.2.25. ölkə iqtisadiyyatının qeyri-neft sektorunun, o cümlədən turizmin inkişafını davam etdirmək;

1.2.26. mənzil-kommunal təsərrüfatı sahəsində islahatları gücləndirmək və bu sahədə çalışan işçilərin maaşlarının ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsinə yaxınlaşdırılması istiqamətində tədbirləri davam etdirmək;

1.2.27. MDB ölkələrində valyutaların alıcılıq qabiliyyətinin pariteti əsasında beynəlxalq müqayisələrin aparılmasını nəzərdən keçirmək;

1.2.28. bölgələrdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə emal prosesləri, aqrotexniki və logistika, sanitar və fitosanitar, marketinq və digər xidmətləri vahid məkanda birləşdirən aqroparkların yaradılmasını davam etdirmək;

1.2.29. işğaldan azad olunmuş ərazilərdəki su təsərrüfatı və meliorasiya obyektlərinin sayını daha dəqiq müəyyən etmək, həmin obyektlərin işə salınması ilə su təminatı çətin olan ərazilərə davamlı su vermək və ekoloji tarazlığı bərpa etmək;

1.2.30. müvafiq proqramlar çərçivəsində beynəlxalq inkişaf fondlarının fəaliyyətinə şərait yaratmaqla ölkənin suvarma sisteminə investisiya qoymaq, su itkisinin azaldılması və beynəlxalq standartların tələblərinə uyğunluğun təmin edilməsi üçün mövcud suvarma sistemlərini yeniləmək, onların faydalı iş əmsalını artırmaq;

1.2.31. suvarma suyundan və suvarılan torpaqlardan səmərəli istifadə etmək məqsədilə kənd təsərrüfatı strukturlarının müəyyən edilmiş qaydada aqroiqlim və operativ hidrometeoroloji məlumatlarla təmin olunmasını daha da təkmilləşdirmək;

1.2.32. kənd təsərrüfatı sahəsində müasir suvarma sistemlərinin tətbiqini artırmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının suvarma suyuna olan tələbatının ödənilmə səviyyəsini müəyyən etmək və bununla bağlı ehtiyaclara dair qiymətləndirməni aparmaq;

1.2.33. kənd təsərrüfatı məhsulları istehsalçılarına suvarma suyunun güzəştli satışı mexanizminin təkmilləşdirilməsi məqsədilə texniki-iqtisadi əsaslandırmalar aparmaq;

1.2.34. mövcud ehtiyacların və resursların qiymətləndirilməsi əsasında kiçik sututarları yaratmaq, artezian quyuları qazmaq və suvarma kanallarının genişləndirilməsi ilə bağlı aparılan işləri davam etdirmək;

1.2.35. qanunvericiliklə müəyyənləşdirilən imkanlardan yararlanmaqla işçilərin qanuni hüquq və maraqlarını qorumaq, işçilər üçün əməyin ədalətli ödənilməsi hüququnun səmərəli həyata keçirilməsini, iş yerlərinin attestasiyası keçirilməklə normal əmək şəraitinin yaradılmasını təmin etmək, kollektiv müqavilə və sazişlərdə öhdəliklərin icrasına nəzarət və icra edilməməsinə görə məsuliyyət prinsipini gücləndirmək;

1.2.36. ölkənin qida təhlükəsizliyi sisteminin yenilənməsi və müasirləşdirilməsi məqsədilə beynəlxalq standartlara uyğun beynəlxalq akkreditasiyalı laboratoriyaların fəaliyyətini və qabaqcıl metodların tətbiqini həyata keçirmək;

1.2.37. qida təhlükəsizliyinin təmin edilməsi baxımından ictimai nəzarətin xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bu istiqamətdə müvafiq mexanizmləri təkmilləşdirmək;

1.2.38. qida təhlükəsizliyinin təminatı sisteminin Avropa İttifaqının və müvafiq beynəlxalq təşkilatların tələblərinə uyğunlaşdırılması, məhsulların təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsi, əhalinin sağlam qidalanmasının təmin edilməsi istiqamətində aparılan işləri davam etdirmək;

1.2.39. ölkənin uzunmüddətli özünütəminetmə potensialının gücləndirilməsi üçün yerli istehsalı, ticarət dövriyyəsini və məhsulun saxlanılması imkanlarını artırmaqla, o cümlədən institusional və operativ idarəetmə sistemini müasir tələblərə uyğunlaşdırmaq;

1.2.40. işğaldan azad olunan kənd təsərrüfatı təyinatlı torpaqları yenidən əkin dövriyyəsinə qaytarmaq, torpaqlardan yerli şəraitə uyğun səmərəli istifadə etmək üçün aparılan tədbirləri davam etdirmək;

1.2.41. iqlim dəyişmələrinin kənd təsərrüfatına vurduğu zərərin təsirinin azaldılması və kənd təsərrüfatının iqlim dəyişikliklərinə uyğunlaşdırılması üçün əkin və otlaq ərazilərində səmərəli idarəetmənin təşkili ilə bağlı fəaliyyəti gücləndirmək və qanunvericilik bazasını təkmilləşdirmək;

1.2.42. kənd təsərrüfatı məhsulları istehsalçılarının aqrar sığorta ilə bağlı məlumatlılığını təmin etmək, kənd təsərrüfatı istehsalçılarına dəymiş maddi zərərin ödənilməsi mexanizmini təkmilləşdirməklə sığorta xidmətindən istifadə səviyyəsini yüksəltmək;

1.2.43. infrastruktur layihələri çərçivəsində kənd yollarının təmiri və yenidən qurulması işlərini davam etdirmək;

1.2.44. subsidiyaların verilməsi prosesini təkmilləşdirmək, sığorta-olunma mexanizminin yaxşılaşdırılması istiqamətində görülən işləri davam etdirmək;

1.2.45. bələdiyyələrin maliyyə bazasının möhkəmləndirilməsi və bələdiyyə müəssisələrinin yaradılması üçün dövlətin maliyyə dəstəyini artırmaq;

1.2.46. bələdiyyələrin resurslarının artırılması üçün sənədsiz mənzillərə hüquqi statusun verilməsini sürətləndirmək;

1.2.47. bələdiyyə institutlarının təkmilləşdirilməsi, bələdiyyə mülkiyyətinin artırılması və inkişaf etdirilməsi məqsədilə bələdiyyələrin inzibati ərazilərinin elektron xəritələrinin verilməsini yekunlaşdırmaq;

1.2.48. kənd təsərrüfatında məhsuldarlıq və gəlirlilik həddini artırmaq məqsədilə fermerlərin fermer qrupları və korporasiyalarda birləşməsi istiqamətində tədbirləri həyata keçirmək;

1.2.49. kiçik və mikro sahibkar və fermerlərin məlumatlandırılması və inkişaf etdirilməsi məqsədilə ödənişsiz formada keçirilən müxtəlif treninq, seminar və tədbirlərin effektivliyini artırmaq;

1.2.50. ərzaq və qeyri-ərzaq mallarının keyfiyyətinin yüksəldilməsi və müvafiq standartlara cavab verilməsi ilə bağlı dövlət nəzarətini artırmaq;

1.2.51. pandemiya və müharibə şəraitində müşahidə olunan mənfi təsirlərlə bağlı qazanılan təcrübə əsasında dayanıqlı iqtisadiyyatın təmin olunması istiqamətində tədbirlər planı hazırlayıb həyata keçirmək;

1.2.52. respublikada mövcud olan bazarların araşdırılması və kənd təsərrüfatı məhsullarının dəyər zənciri üzrə məlumatlarının əldə edilməsi məqsədilə vahid elektron portalı yaratmaq;

1.2.53. kənd təsərrüfatı məhsulları istehsalçılarının topdan və pərakəndə satış bazarlarına çıxış imkanlarını genişləndirmək;

1.2.54. fermerlərə informasiya-məsləhət xidmətinin səmərəli təşkili sahəsində görülən işləri davam etdirmək;

1.2.55. kənd təsərrüfatında rəqabətqabiliyyətli irimiqyaslı kooperasiyaların yaradılmasına dövlət dəstəyini gücləndirmək;

1.2.56. istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların yenidən dövriyyəyə qaytarılması və torpaqlardan yerli şəraitə uyğun səmərəli istifadə etmək üçün təsirli tədbirlər görmək;

1.2.57. özəl “Fermer mağazaları”nı, “yaşıl marketlər”i və topdansatış mərkəzlərini genişləndirmək;

1.2.58. azad iqtisadi zonaların yaradılması istiqamətində səyləri gücləndirmək;

1.2.59. “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilmiş strateji hədəflər üzrə tədbirlərin icrası, o cümlədən kənd yerlərində əhalinin peşə hazırlığının gücləndirilməsi, məşğulluğunun artırılması, habelə toxumçuluğun, baramaçılığın və arıçılığın inkişaf etdirilməsi sahəsində tədbirləri davam etdirmək;

1.2.60. kənd təsərrüfatının inkişafı baxımından mövcud qanunvericiliyi təkmilləşdirmək, stimullaşdırma mexanizmləri hazırlamaq və bu sahədə ictimai məlumatlandırma tədbirləri həyata keçirmək;

1.2.61. ərzaq təhlükəsizliyi üzrə ixtisaslaşdırılmış informasiya və monitorinq sistemi yaratmaq, ərzaq təhlükəsizliyi ilə bağlı məlumatların toplanaraq vahid məlumat bazasında sistemləşdirilməsini təmin etmək;

1.2.62. kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarının bazara çıxış imkanlarını genişləndirmək və bu istiqamətdə süni maneələrin aradan qaldırılması baxımından kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunu inkişaf etdirmək;

1.2.63. yem təminatının vəziyyətini daha da yaxşılaşdırmaq üçün təkrar əkinin həyata keçirilməsini stimullaşdırmaq məqsədilə görülən tədbirləri davam etdirmək;

1.2.64. aqrar sahədə kadr hazırlığı və təminatı sistemini təkmilləşdirmək, gənclərin kənd təsərrüfatı təmayüllü ixtisas və texniki peşə hazırlığı sahəsində görülən işləri davam etdirmək;

1.2.65. kənd təsərrüfatı istehsalının ekoloji normalara uyğunluğunu təmin etmək, kənd təsərrüfatında zəhərli kimyəvi maddələrin tətbiqinin məhdudlaşdırılması ilə bağlı tənzimləyici tədbirləri həyata keçirmək;

1.2.66. kənd təsərrüfatı sahəsində çalışan işçilərin sağlamlığının mühafizəsi və onlara göstərilən tibbi xidmətin “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yerlərdə tətbiqini gücləndirmək;

1.2.67. Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qəbulla bağlı danışıqlarda yerli kənd təsərrüfatı və ərzaq məhsulları istehsalçılarının maraqlarını qorumaq;

1.2.68. kənd təsərrüfatında məhsul istehsalının artırılması üçün keyfiyyətli bioloji gübrə və bitki mühafizə vasitələrindən istifadəni gücləndirmək;

1.2.69. kənd əhalisinin qeyri-kənd təsərrüfatı sahələrində məşğulluğunun stimullaşdırılması, gəlir əldəetmə imkanlarının yaxşılaşdırılması və məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədilə alternativ fəaliyyət sahələrini inkişaf etdirmək;

1.2.70. maliyyə-kredit sistemində şəffaflığın qorunması üçün dövlət və ictimai nəzarəti gücləndirmək.

1.3. Tərəflər iqtisadiyyatın bütün sahələrində ümumi daxili məhsulun real artım göstəricilərinin proqnozlaşdırılmasını zəruri hesab edirlər.

 

 

2. Əməyin ödənilməsi, əhalinin

gəlirləri və həyat səviyyəsi

 

2.1. Tərəflər qeyd olunan müddətdə işçinin əmək hüququnu təmin edən kompleks tədbirlərin işlənilməsini və həyata keçirilməsini, real əməkhaqqının artırılmasını, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasını və gəlirlər siyasətinin təkmilləşdirilməsini zəruri hesab edirlər.

2.2. Bu məqsədlə Tərəflər əməyin təşkilinin təkmilləşdirilməsi, işçilərin ixtisas dərəcələrinin artırılması, əməyin məhsuldarlığının yüksəldilməsi məqsədilə aşağıdakı öhdəlikləri öz üzərilərinə götürürlər:

2.2.1. Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində layiqli əmək üzrə yeni ölkə proqramının təsdiqlənməsini təmin etmək;

2.2.2. dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılması, xüsusilə əməkhaqları vahid tarif cədvəli üzrə ödənilən işçilərin aylıq tarif (vəzifə) maaşlarının artırılması və məhsuldar əməyin təşviqinə yönəldilmiş  əməkhaqqı sisteminin inkişafı üzrə mexanizmlərin formalaşması istiqamətində tədbirlər görmək;

2.2.3. qeyri-formal əmək münasibətlərinin qarşısını almaq məqsədilə işçiləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə cəlb edən və onlara qeyri-rəsmi ödənişlər verən işəgötürənlər üzərində sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək;

2.2.4. müəssisə və təşkilatlarda əməyin normallaşdırılması istiqamətində aparılan işlərə diqqəti artırmaq;

2.2.5. təhsil sahəsində səriştə və nəticəəsaslı diferensiallaşdırılmış əməkhaqqı sisteminin yaradılması üzrə mexanizmləri hazırlamaq;

2.2.6. istehsal olunan məhsulun maya dəyərində əməyin ödənilməsinin payına dair təhlillər aparmaq;

2.2.7. büdcədən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödəniş sistemini bərabər dəyərli əməyə görə bərabər haqq verilməsi prinsipi əsasında təkmilləşdirmək;

2.2.8. minimum istehlak büdcəsinin hesablanmasına dair məsləhətləşmələr aparmaq;

2.2.9. minimum əməkhaqqı məbləğinin mərhələlərlə artırılması istiqamətində işləri davam etdirmək və minimum əməkhaqqının ölkə üzrə orta əməkhaqqına nisbətinin Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması məqsədilə tədbirlər görmək;

2.2.10. həyat səviyyəsinin çevik şəkildə ölçülməsi və ona təsir edən faktorların təhlili üçün müvafiq mexanizmlər yaratmaq və inkişaf etdirmək;

2.2.11. dövlət adından yaradılan publik hüquqi şəxslərdə çalışan işçilərin əməyinin ödənilməsinin dövlət büdcəsinin və büdcədənkənar vəsaitlərin hesabına maliyyələşdirilməsinin optimal sistemini yaratmaq;

2.2.12. eyni dəyərə malik eyni və ya müxtəlif işlərin yerinə yetirilməsi ilə bağlı əməyin ödənişi sistemində bərabərliyi təmin etmək məqsədilə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi istiqamətində iş aparmaq;

2.2.13. əmək qanunvericiliyi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində işləri davam etdirmək;

2.2.14. əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq xidmətləri sahələrində rəqəmsal idarəetmənin tətbiqi məqsədilə qanunvericiliyi təkmilləşdirmək.

 

3. Əmək bazarının inkişafı və əhalinin

məşğulluğunun təminatları

 

3.1. Tərəflər hesab edirlər ki, iqtisadiyyatın modernləşdirilməsi və innovasiyalı inkişafı yüksəkixtisaslı işçilərə tələbatın formalaşdırılması ilə yanaşı, təhlükəsiz əmək şəraiti, layiqli və yüksək məhsuldarlıqla səciyyələnən səmərəli iş yerlərinin yaradılması ilə müşayiət olunmalıdır. Bu proseslər əhalinin məşğulluğu və insan resurslarının inkişafı sahəsində məqsədyönlü dövlət siyasəti ilə və sosial tərəfdaşların qarşılıqlı əməkdaşlığı şəraitində aşağıdakı istiqamətlərdə tədbirlər həyata keçirməklə dəstəklənməlidir:

3.1.1. əmək və məşğulluq sahəsində dövlət siyasətinin səmərəliliyini artırmaq, beynəlxalq standartlara və milli prioritetlərə əsaslanaraq qanunvericiliyi təkmilləşdirmək;

3.1.2. əmək bazarının təhlili məqsədilə mövcud informasiya sisteminin əhatə dairəsini genişləndirmək, informasiya sisteminə əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə elementləri daxil etmək;

3.1.3. əmək bazarında işçi qüvvəsinin keyfiyyətini inkişaf edən iqtisadiyyatın tələblərinə uyğunlaşdırmaq, müasir tələblərə cavab verən rəqabətədavamlı kadr potensialını formalaşdırmaq, peşə təhsili sistemini təkmilləşdirmək, peşə standartlarını, o cümlədən təlim standartlarını hazırlamaq;

3.1.4. əmək miqrasiyasının səmərəliliyini artırmaq;

3.1.5. qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr tarixli 3287 nömrəli Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planının icrasını təmin etmək;

3.1.6. əmək münasibətlərinin əsassız olaraq mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsi hallarının qarşısının alınması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirmək;

3.1.7. əmək qanunvericiliyinə dövlət və ictimai nəzarətin həyata keçirilməsində profilaktik fəaliyyəti və onlayn nəzarət mexanizmlərini gücləndirmək;

3.1.8. əmək ehtiyatlarının səmərəli istifadəsini, əhalinin məşğulluq və sahibkarlıq imkanlarını genişləndirmək, inklüziv məşğulluğu stimullaşdırmaq, layiqli əməyi dəstəkləmək, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində tədbirləri həyata keçirmək;

3.1.9. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” və “ç” bəndləri ilə işçinin tutduğu vəzifədən azad edilməsi üçün işəgötürən tərəfindən verilmiş təqdimatın həmkarlar ittifaqı təşkilatında müzakirə edilməsini tənzimləyən normaların qanunvericiliklə müəyyən edilməsinə dair təkliflər hazırlamaq;

3.1.10. əhalinin məşğulluq tədbirlərində əhatəliliyi və ünvanlılığı təmin etmək, bu sahədə sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxış imkanlarını yaratmaq, şəhər və regionlarda əmək bazarının genişləndirilməsinə xidmət edən innovativ mexanizmlər və elektron infrastruktur yaratmaq;

3.1.11. dövlət məşğulluq xidmətlərinin keyfiyyətini artırmaq, institusional strukturu təkmilləşdirmək;

3.1.12. əmək bazarının həm keyfiyyət, həm də kəmiyyət parametrləri əsasında tələbatının müəyyənləşdirilməsi məqsədilə səmərəli monitorinq və proqnozlaşdırma sistemini qurmaq;

3.1.13. əmək bazarında rəqabətqabiliyyətli kadr potensialının formalaşdırılması məqsədilə kadr hazırlığını işəgötürənlərin tələblərinə uyğunlaşdırmaq, peşə və kvalifikasiya standartları əsasında səriştəəsaslı müasir təhsil proqramlarını (kurikulumları) hazırlayıb tətbiq etmək;

3.1.14. işçilərin əlavə təhsil müəssisələrində peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması işini təşkil etmək;

3.1.15. müasir təminatlı və yeni məzmun əsasında peşə hazırlığı mərkəzləri yaratmaq, şəbəkəni genişləndirmək;

3.1.16. qeyri-formal və informal üsullarla əldə olunmuş və tanınması nəzərdə tutulan kvalifikasiyaların sayını artırmaq;

3.1.17. əmək münasibətlərini leqallaşdırmaq, qeyri-formal məşğulluğa şərait yaradan amillərin aradan qaldırılması sahəsində tədbirləri genişləndirmək, bu sahədə dövlət və ictimai nəzarəti gücləndirmək;

3.1.18. sosial tərəfdaşlar cəlb olunmaqla, özünüməşğulluq proqramlarında xidmət və istehsal sahələrinə üstünlük verməklə onun əhatə dairəsini genişləndirmək;

3.1.19. qadınların, xüsusilə kənd yerlərində əmək bazarına çıxış imkanlarının genişləndirilməsi məqsədilə onlar üçün əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar üzrə peşə hazırlığı kurslarını təşkil etmək;

3.1.20. sosial cəhətdən həssas əhali qrupları, o cümlədən cəzaçəkmə müəssisələrindən azad edilmiş, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olan xüsusi internat məktəblərini bitirmiş şəxslərin əmək bazarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində işləri davam etdirmək;

3.1.21. əlilliyi olan şəxslər üçün xüsusiləşdirilmiş təlim proqramlarının tətbiqi vasitəsilə peşə reabilitasiya sisteminin təkmilləşdirilməsi üzrə işləri davam etdirmək;

3.1.22. regionların əmək bazarları arasında fərqlərin aradan qaldırılması məqsədilə rayonlarda məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinin səmərəliliyini artırmaq, onlara zəruri metodoloji dəstək göstərmək;

3.1.23. peşə və kvalifikasiya standartlarının sayını artırmaq, onların hazırlanmasında iştirak edən işəgötürənlərin əhatə dairəsini genişləndirmək;

3.1.24. qeyri-formal məşğulluğa nəzarət sistemini gücləndirmək, elektron nəzarət sisteminin tətbiqi istiqamətində işləri davam etdirmək;

3.1.25. əməkçi miqrantların hüquqlarının müdafiəsi üzrə dövlətlərarası əməkdaşlığı həyata keçirmək, ölkələrarası sazişlərin bağlanılmasını davam etdirmək;

3.1.26. əmək və məşğulluq sahəsində qərarların qəbul edilməsində həm aidiyyəti dövlət orqanları, həm də sosial tərəfdaşlarla əlaqələri gücləndirmək.

3.2. Bununla əlaqədar Tərəflər aşağıdakı öhdəlikləri öz üzərlərinə götürürlər:

3.2.1. gənclərin məşğulluq imkanlarını artırmağa, onların kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləş-dirilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc işçilərin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilən tədbirləri həyata keçirmək;

3.2.2. ordudan tərxis olunmuş gənclərin əvvəlki iş yerlərinə və vəzifələrinə bərpa olunmasına nəzarəti gücləndirmək, onların peşələrinə uyğun müvafiq işlə təmin olunmasına nail olmaq;

3.2.3. sosial tərəfdaşların əmək qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarətini gücləndirmək;

3.2.4. peşə təhsilinin təbliği və təşviq etdirilməsi, həmçinin bu istiqamətdə stimullaşdırıcı tədbirlər görmək;

3.2.5. kənd təsərrüfatı sahəsində ixtisaslı kadr və mütəxəssislərin sayının artırılması istiqamətində tədbirlər həyata keçirmək;

3.2.6. əmək bazarının tələblərinə uyğun olaraq kadr hazırlığının proqnozlaşdırılması sisteminin yaradılmasına dair zəruri tədbirlər görmək;

3.2.7. əmək bazarının tələblərinə və ölkənin sosial-iqtisadi inkişaf prioritetlərinə uyğun olaraq ali, orta ixtisas və peşə təhsili müəssisələrinə tələbə qəbulu üzrə dövlət sifarişi yerlərinin sayını artırmaq;

3.2.8. peşə təhsili üzrə əmək bazarının tələblərinə cavab verən və nəticəəsaslı təhsil proqramlarını (kurikulumlarını) hazırlamaq, bu prosesə işəgötürənləri (sahibkarları) cəlb etmək, peşə standartlarının, o cümlədən təlim standartlarının hazırlanmasını təmin etmək;

3.2.9. əmək bazarında işçi qüvvəsinin keyfiyyətini davamlı inkişaf edən iqtisadiyyatın tələblərinə uyğunlaşdırmaq, müasir tələblərə cavab verən rəqabətədavamlı kadr potensialının formalaşdırılması məqsədilə müasir təminatlı və yeni məzmunlu peşə təhsili mərkəzlərini yaratmaq;

3.2.10. işçilərin əmək hüquqlarını davamlı surətdə təmin etmək məqsədilə əsassız olaraq müddətli müqavilələrin bağlanılmasına yol verməmək, belə hallara yol verən işəgötürənlərin cərimələnməsinə dair “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla qanunvericilikdə müvafiq tədbirlər müəyyən etmək;

3.2.11. gənclərin, sosial müdafiə və xüsusi qayğıya ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən əhali qruplarının əmək bazarına inteqrasiya olunmasının dəstəklənməsi istiqamətində işləri davam etdirmək;

3.2.12. valideyn himayəsindən məhrum olub dövlət uşaq müəssisələrində yaşayan uşaqların oranı tərk etdikdən sonra təhsil almasına və iş yeri ilə təmin olunmasına kömək göstərmək;

3.2.13. ölkə və regionlar üzrə məşğulluq proqramlarının həyata keçirilməsi üçün ayrılmış vəsaitin səmərəli istifadə olunmasına nəzarəti gücləndirmək;

3.2.14. mövcud iş yerlərinin saxlanmasını və layiqli yeni iş yerlərinin yaradılmasını təmin edən işəgötürənlər üçün həvəsləndirici tədbirləri genişləndirmək;

3.2.15. əhalinin, xüsusilə işaxtaran və işsiz vətəndaşların məlumatlandırılması istiqamətində reklam-informasiya işini genişləndirmək, yeni yaradılmış iş yerləri və vakansiyalar haqqında təfsilatlı informasiya bazasını yaratmaq və geniş ictimaiyyətə çatdırmaq;

3.2.16. əmək bazarının məşğulluq və işsizlik səviyyəsinin real vəziyyətinin düzgün qiymətləndirilməsi məqsədilə iqtisadi zonalar üzrə təhlil işlərini davam etdirmək;

3.2.17. əmək resurslarının daxili ərazi mobilliyini həvəsləndirən stimullar sisteminin gücləndirilməsi sahəsində məsləhətləşmələr aparmaq;

3.2.18. Beynəlxalq Əmək Təşkilatının 1988-ci ildə qəbul olunmuş “Məşğulluğa köməklik və işsizlikdən müdafiə haqqında”   168 nömrəli Konvensiyasının ratifikasiya imkanlarını araşdırmaq;

3.2.19. layiqli əməyin səviyyəsinin öyrənilməsi məqsədilə birgə tədqiqatlar aparmaq;

3.2.20. qeyri-formal məşğulluğun və əmək miqrasiyasının real vəziyyətinin öyrənilməsinə və onu yaradan səbəblərin aradan qaldırılmasına, eyni zamanda yaratdığı risklərlə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair işləri davam etdirmək;

3.2.21. sosial infrastrukturyönlü işləri inkişaf etdirmək, xalq tətbiqi sənətinin dirçəldilməsi və inkişafı, turizm istirahət zonalarının yaradılması və bu sahələrə investisiyaların artırılması hesabına əhalinin məşğulluq səviyyəsini artırmaq;

3.2.22. ölkədə əmək bazarında və sosial müdafiə sahəsində mövcud vəziyyətin qiymətləndirilməsi, inkişaf meyillərinin öyrənilməsi, monitorinqlərin həyata keçirilməsi və bu sahələrdə təhlil və proqnozların hazırlanması işlərində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyaya hərtərəfli kömək göstərmək;

3.2.23. qeyri-formal məşğulluğun aşkar edilərək qarşısının alınmasında icbari tibbi sığortanın imkanlarından istifadə edilməsi məqsədilə tədbirlər görmək;

3.2.24. qeyri-formal məşğulluğun xarakterik olduğu iqtisadi fəaliyyət sahələrində (pərakəndə ticarət, iaşə, nəqliyyat, turizm xidməti və s.) qeydiyyatsız əmək fəaliyyətinin qarşısının alınması məqsədilə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və həmin sahələrdə fəaliyyəti gücləndirmək;

3.2.25. ölkədə əmək ehtiyatlarının səmərəli istifadəsi, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, inklüziv məşğulluğun stimullaşdırılması, layiqli əməyin dəstəklənməsi  istiqamətində tədbirləri həyata keçirmək;

3.2.26. əmək bazarının təhlili və proqnozlaşdırılması mexanizmlərinin, metodlarının hazırlanması, strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi;

3.2.27. qeyri-formal məşğulluqla mübarizədə nəzarət tədbirlərini gücləndirmək, bu sahədə monitorinq və təhlil sisteminin yaradılması istiqamətində tədbirlər həyata keçirmək;

3.2.28. sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluq imkanlarının artırılmasına yönəldilmiş özünüməşğulluq tədbirlərinin genişləndirilməsi ilə bağlı işlər görmək;

3.2.29. aktiv əmək bazarı proqramlarının keyfiyyət və çeşidini artırmaq, əhatə dairəsini genişləndirmək;

3.2.30. ölkədə əhali sakinliyinin inkişafı və demoqrafiya sahəsində tədqiqatlar aparmaq, proqnozlar hazırlamaq, mükəmməl proqnozlaşdırma metodologiyasının tətbiqi və kadr potensialının formalaşdırılması üzrə işlər həyata keçirmək.

 

4. Sosial

müdafiənin gücləndirilməsi istiqamətləri

 

4.1. Tərəflər Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirlər:

4.1.1. əhalinin sağlamlığının mühafizəsi

 üzərində ictimai nəzarəti gücləndirmək;

4.1.2. İİV/QİÇS-ə, şəkərli diabet, hemofiliya, talassemiya, vərəm və digər xroniki xəstəliklərə tutulanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirmək;

4.1.3. Azərbaycan Respublikasında əhalinin xəstələnmə hallarının minimuma endirilməsi, işçilərin kəskin və xroniki xəstəliklərin fəsadlarından daha az zərər görməsi məqsədilə hər il bütün işçilərin pulsuz icbari tibbi müayinədən keçirilməsini, dispanserizasiyasını təmin etmək və nəzarəti gücləndirmək;

4.1.4. uşaq və gənclərin müdafiəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, onların sağlam həyat tərzi mədəniyyətinin formalaşdırılması istiqamətində zəruri tədbirlər görmək;

4.1.5. iş yerlərində şəxslərin təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə cavab verə biləcək sanitariya-gigiyena normalarını işləyib hazırlamaq;

4.1.6. sığortaedənlər tərəfindən sığortaolunanlar barədə fərdi uçot haqqında qanunvericiliklə müəyyən olunmuş məlumatların vaxtında verilməsini təmin etmək;

4.1.7. müəssisə, təşkilat və idarələrdə işçilərin məzuniyyət hüququndan istifadə etmələrinə nəzarəti gücləndirmək;

4.1.8. əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahələrinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə nəzarəti gücləndirmək;

4.1.9. uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarını dəstəkləmək, birgə monitorinqlər təşkil etmək;

4.1.10. ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarını üzə çıxarmaq, onun səbəblərini araşdırmaq və həmin uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyalar yaratmaq;

4.1.11. məktəbəqədər təhsil müəssisələrinin sayını çoxaltmaq, bu müəssisələrdə uşaq qidasının keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirmək, hazır yemək təminatının əhatəsinin genişləndirilməsi ilə bağlı tədbirləri artırmaq;

4.1.12. məktəb tətilləri zamanı uşaqların istirahətinin səmərəli təşkili və əhatə dairəsinin genişləndirilməsi işini davam etdirmək, məktəbdənkənar fəaliyyətlər çərçivəsində dərnək məşğələlərinin, mədəni-kütləvi tədbirlərin, müsabiqələrin, idman yarışlarının keçirilməsi işlərinin miqyasını artırmaq;

4.1.13. təhsilalanların, xüsusilə aztəminatlı və həssas qruplardan olan təhsilalanların sosial müdafiəsi üzrə tədbirləri davam etdirmək;

4.1.14. təhsil işçilərinin sosial müdafiəsi və fəaliyyətinin stimullaşdırılması istiqamətində tədbirləri davam etdirmək;

4.1.15. ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsilalanların yataqxana ilə təmin olunması məqsədilə tədbirləri davam etdirmək;

4.1.16. ölkənin şəhər və rayonlarında əlilliyi olan şəxslərin stasionar şəraitdə tibbi reabilitasiyasını genişləndirmək;

4.1.17. tibbi-sosial ekspertiza xidmətlərinin elektron texnologi-yalar üzərində avtomatlaşdırılması işinin təkmilləşdirilməsini davam etdirmək;

4.1.18. sığorta-pensiya sisteminin davamlı və dinamik inkişafına nail olunması məqsədilə islahatları və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirmək;

4.1.19. işəgötürənlər tərəfindən sosial sığorta haqlarının vaxtında və tam həcmdə köçürülməsi üzərində birgə nəzarəti gücləndirmək;

4.1.20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin müddəalarına yenidən baxmaq və təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

4.1.21. sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının uzunmüddətli proqnozlar əsasında təmin edilməsi, aktuar modellərin tətbiq edilməsi üzrə işlər aparmaq;

4.1.22. qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək;

4.1.23. gender, yaş qrupları, şəhər (kənd, rayon və bölgələr) inzibati rayonlar formasında daha ətraflı statistik məlumatlar almaq və analitik potensialı gücləndirmək;

4.1.24. uşağın 3 yaşı tamam olanadək, ona bilavasitə qulluq edən valideynlərin birinin, yaxud ailənin başqa üzvünün qismən ödənişli sosial məzuniyyət müddətinin əmək və sığorta stajına daxil edilməsi istiqamətində müvafiq qanunvericilikdə dəyişikliklər etmək;

4.1.25. Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasının ratifikasiyasını sürətləndirmək;

4.1.26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 8 iyun tarixli 108 nömrəli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nı təkmilləşdirmək, bu işçilərin vəzifə maaşlarına aylıq əlavələr müəyyən etmək;

4.1.27. sertifikasiyadan keçməyən işçilərin altı ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunanadək tarif maaşlarını saxlamaq;

4.1.28. güzəştli ipoteka krediti və sosial mənzil almaq hüququ verilən şəxslərin siyahısına səhiyyə işçilərinin də əlavə edilməsi məsələsini sürətləndirmək;

4.1.29. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinin genişləndirilməsi zərurətini nəzərə alaraq sığortaolunan şəxslərin sosial mənafeyini qorumaq məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə qarşılıqlı və birgə fəaliyyət göstərmək;

4.1.30. icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiq olunmasını nəzərə alaraq müraciətlər əsasında maarifləndirmə işlərini davam etdirmək;

4.1.31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları ilə birgə pensiya qanunvericiliyində edilmiş dəyişikliklərə dair məlumat kampaniyasını davam etdirmək, həmkarlar ittifaqı fəallarını yeniliklərlə tanış etmək, qüvvədə olan qanunvericilikdə edilmiş dəyişikliklərin əsaslandırılmış faktlarla real vəziyyətlə bağlılığını müəyyən etmək;

4.1.32. əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə müxtəlif kateqoriyalı məşğul şəxslərin məcburi dövlət sosial sığorta sistemi ilə əhatə olunmasını genişləndirmək;

4.1.33. əhalinin dispanserizasiyasına, sağlamlığının qorunmasına və möhkəmləndirilməsinə, o cümlədən sağlam həyat tərzi üçün bədən tərbiyəsi və idmanın inkişafına birgə nəzarəti gücləndirmək;

4.1.34. üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı tədbirlər görmək;

4.1.35. qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

4.1.36. əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmaq, o cümlədən inklüziv və müyəssər iş şəraitində işləmək hüququnu təmin etmək;

4.1.37. əmək münasibətlərində əlilliyə görə birbaşa və ya dolayısı    ilə ayrı-seçkiliyə yol verməmək, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə əlilliyi olan şəxslərin əmək hüquqlarının məhdudlaşdırılması hallarına yol verməmək;

4.1.38. müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçdiyi dövrdə əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi hallarının yolverilməzliyi;

4.1.39. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyi olan şəxsləri işlə təmin etmək üçün müəssisə və təşkilatlarda kvota üzrə işlə təmin edilmənin mütləq olması və kvota üzrə müəyyən edilmiş iş yerlərinə əlilliyi olan şəxslərin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi     Nazirliyinin müvafiq qurumlarının göndərişi ilə işə qəbul edilməsini təmin etmək, habelə sosial müəssisələrin və kvotadan əlavə iş yerlərinin yaradılması sahəsində tədbirlər görmək;

4.1.40. əlilliyi olan şəxslərin özünüməşğulluğunun təşkili istiqamətində beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək;

4.1.41. sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin, o cümlədən əlilliyi olan şəxslərin kvota üzrə müəyyən olunmuş iş yerləri ilə təmin edilməsinə nəzarəti gücləndirmək;

4.1.42. işəgötürən tərəfindən həmin istehsalatda bədbəxt hadisələr nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə xəstəliyinə tutulmuş və bununla əlaqədar əlilliyi olan işçiləri, onların arzusu ilə və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq hazırlanmış Fərdi Reabilitasiya Proqramının icrası olaraq uyğunlaşdırılmış işlə təmin etmək;

4.1.43. əlilliyi olan şəxslərin  sağlam, təhlükəsiz əmək şəraiti ilə təmin edilməsinin, əmək şəraitinin xüsusiyyətlərini, əməkhaqqının, iş və istirahət vaxtını, məzuniyyət müddətini və əmək münasibətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirmək;

4.1.44. əlilliyi olan şəxslərin iş yerinin onların istifadəsinə uyğunlaşdırılması məqsədilə həmin şəxsləri tələbatına uyğun iş yerləri ilə təmin etmək və ağlabatan uyğunlaşdırma tədbirlərini işəgötürənlər tərəfindən həyata keçirmək;

4.1.45. inklüziv məşğulluğun və əlilliyi olan şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına bərabərhüquqlu inklüzisiyası istiqamətində investisiya proqramları tətbiq etmək;

4.1.46. səhiyyə sahəsində rəqəmsallaşdırma prosesinin sürətlən-dirilməsinə dəstək vermək;

4.1.47. ixtisaslaşdırılmış tibb müəssisələrində çalışan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə tədbirlər görmək;

4.1.48. işəgötürənlər tərəfindən “İcbari tibbi müayinələrin təkmilləşdirilməsi barədə” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2012-ci il 13 dekabr tarixli 46 nömrəli qərarının 1 nömrəli əlavəsində qeyd edilən zərərli və təhlükəli istehsalat amilləri (faktorları) olan iş yerlərində və həmin qərarın                   2 nömrəli əlavəsində nəzərdə tutulan işlərdə çalışan işçilərin icbari ilkin və dövri tibbi müayinələrinin keçirilməsinin təmin edilməsi üçün tədbirlər görmək;

4.1.49. yarana biləcək böhran vəziyyətlərində (iqtisadi böhran, pandemiya və s.) aztəminatlı və yoxsulluğa həssas təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlər görmək;

4.1.50. çətin həyat şəraitində olan şəxslərin keyfiyyətli sosial xidmətlərə əlçatanlığının təmini, müasir tələblərə cavab verən sosial xidmət sisteminin, bu sahədə ixtisaslı kadr potensialının yaradılması, müvafiq beynəlxalq standartların və innovativ texnologiyaların tətbiqi istiqamətində işlər aparmaq;

4.1.51. işçilərin sosial müdafiəsini gücləndirmək məqsədilə işsizlikdən sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində işlər aparmaq;

4.1.52. işğaldan azad edilmiş ərazilərdə əmək resurslarının səmərəli idarə olunması məqsədilə sosial sığorta və digər güzəştlərin tətbiqi ilə bağlı tədbirlər görmək;

4.1.53. vətəndaşlara pensiya təminatı ilə bağlı göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın artırılması məqsədilə innovativ həllərin tətbiqi dairəsini genişləndirmək;

4.1.54. ünvanlı dövlət sosial yardımı (ÜDSY) almaq üçün elektron platformanın yenilənməsi istiqamətində işlər aparmaq.

 

5. Əmək hüquqlarının müdafiəsi, əməyin

mühafizəsi, texniki və ekoloji təhlükəsizlik

 

5.1. Əmək hüquqlarının müdafiəsini, əməyin mühafizəsini, texniki və ekoloji təhlükəsizliyi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirərək, Tərəflər aşağıdakı öhdəlikləri öz üzərlərinə götürürlər:

5.1.1. ekologiya və ətraf mühitin mühafizəsi istiqamətində yeni təklifləri hazırlamaq, dövlət nəzarətini gücləndirmək;

5.1.2. iş yerlərini işçilərin əmək şəraitinə müvafiq olaraq sağlam həyat tərzinə uyğunlaşdırmaq istiqamətində tədbirlər görmək;

5.1.3. əməyin təhlükəsizliyi və sağlamlaşdırılması sahəsində əsas məqsədlərə çatmaq üçün “Azərbaycan Respublikasında əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiya”nın qəbul edilməsini sürətləndirmək;

5.1.4. əmtəələrin istehsalı, işlərin (xidmətlərin) görülməsi zamanı istifadəsi qadağan olunan kimyəvi, radioaktiv və digər yüksək təhlükə mənbəli maddələrin siyahısını hazırlamaq;

5.1.5. əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması, təcrübə mübadiləsinin aparılması üçün şərait yaratmaq;

5.1.6. əməyin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

5.1.7. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlamaq;

5.1.8. əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda işləyənlər üçün kollektiv və fərdi mühafizə vasitələri istehsalının imkanlarını araşdırmaq;

5.1.9. iş yerlərində, o cümlədən sənaye müəssisələrində insanların sağlamlığının qorunması məqsədilə ekoloji təhlükəsizliyi təmin etmək;

5.1.10. əməyin təhlükəsizliyi normaları və standartları üzrə milli informasiya sistemini yaratmaq;

5.1.11. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq işəgötürən tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmək;

5.1.12. işçilərə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə məşğul ola bilmələri üçün lazımi şərait yaratmaq;

5.1.13. işçilərə və onların ailə üzvlərinə bədən tərbiyəsi və idmanla məşğul olmaq üçün balanslarında olan idman obyektləri və bazalarını təmənnasız təqdim etmək, bu idman obyektlərinin və bazaların saxlanılmasını təmin etmək;

5.1.14. işçilərə əmək qabiliyyətlərinin yüksəldilməsi və sağlamlıqlarının möhkəmləndirilməsi məqsədilə istirahət evləri, turist bazaları və sanatoriya-kurort müəssisələrinə müvafiq göndərişlər (yollayışlar) vermək;

5.1.15. Beynəlxalq Əmək Təşkilatının “Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 2001-ci il tarixli 184 nömrəli, “Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsinin əsasları haqqında” 2006-cı il tarixli 187 nömrəli konvensiyalarının ratifikasiya imkanlarını araşdırmaq;

5.1.16. idarə, müəssisə və təşkilatlarda çalışan işçilərin asudə vaxtlarının səmərəli təşkili üçün davamlı olaraq mədəni-kütləvi, sosial, turist-ekskursiya və idman tədbirlərində iştirakını təmin etmək;

5.1.17. işçilərin, xüsusilə gənclərin, əmək qanunvericiliyi və əməyin mühafizəsi norma və qaydaları barədə mütəmadi məlumatlandırılması məqsədilə respublikanın müxtəlif bölgələrində regional xarakterli seminarlar keçirmək;

5.1.18. kənd təsərrüfatı məhsullarının istehsalının ekoloji normalara uyğunluğunu təmin etməklə, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalını təşviq etmək;

5.1.19. ekologiya, ətraf mühit, geologiya və geodeziya sahələrində kadr hazırlığı və təminat sistemini təkmilləşdirmək, gənclərin bu sahədə ixtisas və texniki peşə hazırlığının artırılması istiqamətində görülən işləri davam etdirmək;

5.1.20. əmək qanunvericiliyinin təkmilləşdirilməsini davam etdirmək;

5.1.21. əhalinin sağlamlığı və ətraf mühitin qorunması məqsədilə yaşıllıqların salınması və onlara qulluq edilməsi, ərazilərin məişət tullantılarından təmizlənməsi üçün əmək kollektivlərinin iməciliklərini təşkil etmək;

5.1.22. Əməyin Mühafizəsi Mərkəzini yaratmaq;

5.1.23. Beynəlxalq Əmək Təşkilatının transmilli şirkətlərin fəaliyyətinin və sosial siyasətinin prinsipləri haqqında üçtərəfli Bəyannaməsinə əsasən, transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması ilə bağlı birgə iş aparmaq.

 

6. Sosial tərəfdaşlıq və Tərəflərin

fəaliyyətinin

əlaqələndirilməsi

 

6.1. Tərəflər hesab edirlər ki, sosial tərəfdaşlığın inkişaf etdirilməsi, əsas sosial və iqtisadi məsələlər, əmək münasibətlərinin tənzimlənməsi üzrə qərarlar qəbul edilərkən sosial tərəfdaşlığın imkanlarından daha səmərəli istifadə olunması zəruridir.

6.2. Bu məqsədlə Tərəflər aşağıdakı öhdəlikləri öz üzərlərinə götürürlər:

6.2.1. sosial-iqtisadi siyasətin əsas istiqamətləri üzrə müntəzəm məsləhətləşmələr aparmaq, sosial tərəfdaşlardan ibarət Üçtərəfli Komissiyanın fəaliyyətini gücləndirmək, bu qurumda sosial-iqtisadi bloku əhatə edən dövlət orqanlarının iştirakını təmin etmək;

6.2.2. sosial-əmək münasibətləri, əhalinin məşğulluğu, miqrasiya və sosial təminat sahəsində milli proqram, qanun və digər normativ-hüquqi aktların layihələrini müzakirə etmək, bu sahədə hazırlanan qanunvericilik layihələrinin müzakirəsi zamanı rəy və təkliflərin alınması üçün sosial tərəfdaşlara təqdim etmək;

6.2.3. “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işçilərin əmək, sosial və iqtisadi hüquqlarına dair qanun layihələri və digər normativ aktlar hazırlanarkən həmkarlar ittifaqlarının mövqeyini nəzərə almaq;

6.2.4. Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış “İşəgötürənlər və sahibkar birlikləri haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinə səy göstərmək;

6.2.5. işəgötürənlər təşkilatlarının korporativ sosial məsuliyyət sahəsində təşəbbüslərini hərtərəfli dəstəkləmək, “İlin ən yaxşı sosial layihəsi”, “Ən yaxşı kollektiv müqavilə”, “Ən yaxşı sosial-məsuliyyətli müəssisə”, “Peşənin ən yaxşı ustası”, “İlin peşəkar gənci” və “Gənclərlə iş üzrə ən yaxşı ilk həmkarlar ittifaqı təşkilatı” müsabiqələrinin birgə təşkil edilməsini nəzərdən keçirmək;

6.2.6. dövlət əmlakının özəlləşdirilməsi zamanı əmək kollektivlərinin maraqlarını tam nəzərə almaq məqsədilə müəssisələrdə yaradılan komissiyaların tərkibinə həmkarlar ittifaqı nümayəndələrinin daxil edilməsini təmin etmək;

6.2.7. MDB ölkələrinin Parlamentlərarası Assambleyası tərəfindən qəbul olunmuş model qanunlardan və digər normalardan milli qanunvericiliyin təkmilləşdirilməsində istifadə etmək, bu qurum tərəfindən təsdiqlənən “Səhmdar cəmiyyətləri haqqında” model Qanunun mülahizələrinə əsasən, ölkənin səhmdar cəmiyyətlərinin rəhbər orqanlarında işçilərin nümayəndələrinin təmsil olunmasını tövsiyə etmək;

6.2.8. sosial tərəfdaşlıq münasibətlərinin təkmilləşdirilməsi, qanunvericilik və institusional bazanın gücləndirilməsi məqsədilə “Sosial tərəfdaşlıq haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlamaq və qəbul edilməsi üçün birgə səylər göstərmək;

6.2.9. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublika-sının 2013-cü il 22 noyabr tarixli 816-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının icrasına nail olmaq üçün birgə səylər göstərmək.

6.3. Tərəflər həmkarlar ittifaqlarının və işəgötürənlərin fəaliyyətinə müdaxilə olunmaması ilə bağlı tanınmış beynəlxalq qərar və normalara riayət edilməsinə təminat verirlər, həmkarlar ittifaqları və işəgötürənlər təşkilatlarının yaradılmasına mane olmurlar, həmkarlar ittifaqlarının qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmək məqsədilə respublikanın ərazisində fəaliyyət göstərən bütün müəssisə və təşkilatlara daxil olmasına kömək edəcəklər.

6.4. Tərəflər aşağıdakı məsələlərin həllinə kömək göstərməyi öhdəlik kimi qəbul edirlər:

6.4.1. mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən müəssisələrdə sosial-əmək münasibətlərini sosial tərəfdaşlıq prinsipləri əsasında tənzimləmək;

6.4.2. iqtisadi imkanlar nəzərə alınmaqla, əmək qanunveri-ciliyinə nisbətən daha geniş əlavə əmək, sosial-iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən sahə (tarif) və ərazi (rayon) kollektiv sazişlər və kollektiv müqavilələr bağlamaq və həyata keçirmək, həmin saziş və müqavilələrin icrasını təmin etmək üçün sahə və ərazi üçtərəfli komissiyaları yaratmaq;

6.4.3. Tərəflər həmkarlar ittifaqına üzvlük haqlarının idarə, təşkilat və müəssisələrinin mühasibatlığı vasitəsilə köçürmə yolu ilə ödənilməsinə razılıq verirlər. Köçürmələr əməkhaqlarının ödənilməsi ilə eyni vaxtda aparılır;

6.4.4. Tərəflər sahə (tarif), ərazi (rayon) kollektiv sazişlərdə və kollektiv müqavilələrdə müəssisə və təşkilatlarda işləyənlərin müalicə və istirahətlərinin təmin olunması, onlara maddi yardım göstərilməsi üçün həmkarlar ittifaqına ayırmalar edilməsinin nəzərə alınmasını tövsiyə edirlər;

6.4.5. Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarına, şəhid ailələrinə respublika ərazisində yerləşən sanatoriya və turist bazalarına veriləcək yollayışların ümumi məbləğinin 15 faizinin işəgötürən tərəfindən ödənilməsi tövsiyə olunur;

6.4.6. işçilərin əməkhaqqından tutulan məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta, həmkarlar ittifaqı təşkilatına üzvlük haqlarını və digər təyinatı üzrə köçürmələri təmin etməyən işəgötürənləri müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək;

6.4.7. sahə kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanılmasına birgə nəzarətin gücləndirilməsini və bu sənədlərin elektron bazasının yaradılmasını təmin etmək.

6.5. Tərəflər nəzərə alırlar ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sosial tərəfdaşlar tərəfindən razılaşdırılmış göstəricilər üzrə əhalinin həyat səviyyəsinin statistik müşahidəsini daim həyata keçirir və Sazişin əlavəsində əks olunan göstəricilər üzrə yarım ildə bir dəfə (avqust və fevral aylarında) Tərəflərə məlumat verir.

6.6. Tərəflər sosial-əmək və iqtisadi münasibətlər sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrinin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirir, bu sahədə infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı təşkil edirlər.

6.7. Hər bir Tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirlər hazırlayır.

6.8. Tərəflər götürdükləri öhdəlikləri yerinə yetirmədikdə, qanunda nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

6.9. Sazişin icrasına nəzarəti    Tərəflərin müvafiq komissiyaları həyata keçirir və nəticələr hər ilin yekunlarına görə müzakirə edilir.

6.10. Sazişdə dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında edilir.

6.11. Saziş 2023-2025-ci illər üçün bağlanılır və imzalandığı gündən qüvvəyə minir. Yeni danışıqlar qüvvədə olan Sazişin müddəti başa çatanadək bitmədiyi təqdirdə, bu Sazişin  müddəti Tərəflərin razılığı ilə 3 (üç) ayadək uzadıla bilər.

6.12. Sazişin icrası və sosial-əmək münasibətlərinin tənzimlən-məsi üzrə Tərəflərin fəaliyyətini işıqlandırmaq məqsədilə Tərəflər sosial tərəfdaşlığın inkişafına həsr edilmiş materialları media vasitəsilə yayırlar.

6.13. Sazişə daxil edilmiş müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmamışdırsa, mülkiyyət formasından asılı olmayaraq, respublika ərazisində fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.

Baş Kollektiv Sazişə

əlavə

    

Əsas sosial-iqtisadi göstəricilər

Ümumi Daxili Məhsul (mln.manatla).

Əsas kapitala investisiyaların Ümumi Daxili Məhsulda payı (faizlə).

İdman və turizm sektorlarına yönəldilmiş investisiyaların həcmi

(mln.manatla).

Sosial-mədəni tədbirlərə dövlət büdcəsindən ayrılan xərclər

(mln.manatla).

Ümumi Daxili Məhsul (faizlə) - (hər il may ayının ikinci ongünlüyü).

Daimi əhalinin sayı (min nəfərlə) - (hər il may ayının ikinci ongünlüyü).

Doğulanda gözlənilən ömür uzunluğu (yaş sayı) - (hər il may ayının

ikinci ongünlüyü).

Doğumun ümumi əmsalı (əhalinin hər 1000 nəfərinə).

Ölümün ümumi əmsalı (əhalinin hər 1000 nəfərinə).

Əhalinin təbii artım əmsalı (əhalinin hər 1000 nəfərinə).

Əhalinin hər nəfərinə düşən gəlirlər (manatla).

Əhalinin sərəncamında qalan gəlirlərin real artım sürəti (müqayisə edilən

dövrə nisbətən, faizlə).

Hesablanmış orta aylıq əməkhaqqı (manatla):

nominal (manatla, faizlə artım);

real (faizlə artım);

iqtisadi fəaliyyət növləri üzrə (manatla).

Ümumi Daxili Məhsulda əmək ödənişlərinin xüsusi çəkisi (faizlə).

Təyin olunmuş pensiyalar:

ortaaylıq məbləğ (manatla);

nominal (manatla, faizlə artım);

real (faizlə artım).

İstehlak qiymətləri indeksi (faizlə).

Ailə büdcəsindən qida üçün sərf olunan orta məbləğ (manatla).

İqtisadiyyatda məşğul olanların sayı (min nəfərlə).

İqtisadi fəal əhalinin sayı (min nəfərlə).

Məşğul əhalinin bölgüsü (min nəfərlə):

məşğulluq statusu üzrə (hər il may ayının ikinci ongünlüyü);

iqtisadi fəaliyyət növləri üzrə;

işsiz əhalinin sayı (min nəfərlə).

İşsiz kimi qeydiyyata alınmış şəxslərin sayı (min nəfərlə).

Bir vakansiyaya düşən işsiz kimi qeydiyyata alınmış şəxslərin

statusu olanların sayı.

İstehsalat xəsarətləri (zədələri), o cümlədən:

ölümlə nəticələnən;

əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə

işləmək üçün əlverişli olmayan iş yerlərində işləyənlər.

Əsas növlər üzrə peşə xəstəlikləri (hər il iyun ayının ikinci ongünlüyü).

Layiqli əməyə dair mövcud göstəricilər.

Məşğul əhalinin sayında muzdla işləyənlərin xüsusi çəkisi (faizlə),

o cümlədən qadınların (hər il iyun ayının ikinci ongünlüyü).

ETİKETLƏR: