Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İttifaq üzvlərinin marağı prioritetdir

İttifaq üzvlərinin marağı prioritetdir

16.06.2021 09:16
13
A+
A-

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı ilə Mədəniyyət Nazirliyi arasında 2021-2023-cü illər üzrə sahə sazişi imzalandı. Vebinar formasında keçirilmiş imzalanma mərasimində hər iki tərəf sazişdə əksini tapmış öhdəliklərin yerinə yetirilməsi üçün tam qüvvələri ilə çalışacaqlarını və buna nail olacaqlarını bəyan etmişlər.
Məlumat üçün deyək ki, artıq müddəti bitmiş saziş göstərdi ki, istər nazirlik, istərsə də həmkarlar ittifaqı götürdükləri öhdəliklərə məsuliyyətlə yanaşır və işçilərin maraqlarını prioritet sayır.
Respublika Komitəsinin aparat rəhbəri Mirzə Əlibəyov müxbirimizə bildirib ki, sahə sazişi əməkdaşlıq şəraitində hazırlandığından reallıq ön planda olur. Biz, tərəfdaşlarımızla bərabər sayda nümayəndə təklif etməklə, müştərək komissiya formalaşdırırıq. Respublika Komitəsinin yazdığı saziş layihəsi həmin komissiyaya təqdim olunur. Sonra həmin layihəyə nazirlikdə baxılır. Bəzi xırda dəyişikliklər təklif olunmaqla layihə əsasən bəyənilir.
Mirzə müəllim onu da vurğuladı ki, hazırkı saziş sələfindən xeyli dərəcədə fərqlənir. Bu da son iki ilə yaxın bir vaxtda üzləşdiyimiz COVID-19 və yaşadığımız Vətən müharibəsi ilə bağlı ortaya çıxan problemlərin həlli istiqamətində atılacaq addımlarla bağlıdır. Bu problemlərin azaldılması və aradan qaldırılması məqsədi daşıyan məsələlər sazişə əlavə olunmuşdur.
M.Əlibəyov bildirdi ki, saziş dinamikdir, dövrdə gedən proseslərə uyğun olaraq müəyyən korrekturalara məruz qala bilər. Bu korrekturanın əsasında təbii ki, ittifaq üzvlərinin mənafeləri duracaq.

ETİKETLƏR: