Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

17.05.2023 10:51
0
A+
A-

Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərində namizədlərin heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçiriləcək.

Bunu Türkiyə Yüksək Seçim Kurulunun (MSK) sədri Ahmet Yener bildirib. Onun sözlərinə görə, prezident seçkilərinin ikinci turunun bazar günü, mayın 28-də keçirilməsi qərara alınıb.

MSK-nın verdiyi məlumata görə, yerli vaxtla saat 15:15-dək seçki qutularının hamısı açılıb. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifətin lideri Kamal Kılıçdaroğlu 44,88 faiz, ATA İttifaqının namizədi Sinan Oğan 5,7 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.

Səslərin 99,9 faizi sayıldıqdan sonra Ədalət və İnkişaf Partiyasının başçılıq etdiyi Cumhur İttifaqı parlament seçkilərində üstünlük qazanaraq 600 mandatdan 321-nə yiyələnib. Millət İttifaqı parlamentdə 266 yerə sahib olub.

Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Prezident seçkilərinin mayın 28-nə təyin olunmuş ikinci turunda Rəcəb Tayyib Ərdoğan və Kamal Kılıçdaroğlu mübarizə aparacaq və qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.

ETİKETLƏR: