Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əmək qanunvericiliyi islahatına qarşı

Şimali Makedoniya hökuməti sosial tərəfdaşlarla təklif olunan islahatlarla bağlı məsləhətləşmədən boyun qaçırır.

17.05.2023 13:17
3
A+
A-

Avropa İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqları Federasiyası (EPSU) Şimali Makedoniyada əmək qanunvericiliyində edilən dəyişikliklərlə bağlı narahatlığını bildirir. Qeyd olunur ki, bu məsələ ilə əlaqədar Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası  və digər təşkilatların apardığı aksiyaya dəstək verir.

Şimali Makedoniya hökuməti sosial tərəfdaşlarla təklif olunan islahatlarla bağlı məsləhətləşmədən boyun qaçırır. EPSU olaraq iş vaxtı direktivinə dəstəyimizi ifadə edirik. O, düzgün şəkildə izah olunmalı və bütün Avropada tətbiq edilməlidir. Bu, həyati önəm daşıyan vacib, eləcə də digər ictimai xidmətlər göstərən işçilər üçün son dərəcə əhəmiyyətlidir. Narazılıq doğuran məqam odur ki, əmək islahatı üzrə təkliflər işəgötürənlərə iş vaxtı normalarını aşmağa imkan verəcək və iş günü müddətinin həftədə 60 saata qədər artmasına gətirib çıxaracaq.

İş günü normasının çox olması sağlamlıq və təhlükəsizlik üçün ciddi təhlükə yaradır.  Təhlükəsiz və keyfiyyətli ictimai xidmətlərin göstərilməsinə mane olur. Bu təkliflər beynəlxalq əmək standartlarına ziddir. Şimali Makedoniya hökuməti təşəbbüsünü geri götürməli və namizəd ölkə kimi Aİ-nin sosial normalarına uyğunluğunu təmin etməlidir. Əmək qanunvericiliyinə planlaşdırılan hər hansı bir düzəliş sosial tərəfdaşlarla tam qarşılıqlı əlaqədə həyata keçirilməlidir.

ETİKETLƏR: