Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Müəllimlər arasında şahmat yarışı başa çatıb

Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

24.05.2023 13:05
7
A+
A-

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarına əsasən, ümumtəhsil məktəblərinin müəllimləri arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şahmat yarışı keçirilib. Sumqayıt şəhəri 2 saylı uşaq-gənclər idman şahmat məktəbində təşkil olunan ümumtəhsil müəssisələrinin müəllimləri arasında şahmat yarışının final mərhələsində 70-ə yaxın təhsil işçisi iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxışı edən TİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə Ümummilli Lider Heydər Əliyevin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə danışıb. Sonra bildirib ki, bu yarışın keçirilməsinin əsas məqsədi respublikanın ümumtəhsil məktəblərinin müəllimləri arasında intellektual idman növü olan şahmat oyununu təbliğ etmək və geniş yaymaq, güclü şahmatçıları aşkar etmək, eyni zamanda müəllimlərin asudə vaxtlarını mənalı  və səmərəli təşkil etməkdən ibarətdir.

Daha sonra şahmat yarışına start verilib. Yarış Beynəlxalq Şahmat Federasiyasının qaydalarına uyğun olaraq keçirilib.

Yekun nəticəyə görə, birinci yeri Bakı şəhəri, Sabunçu rayonu 81 saylı tam orta məktəbin fiziki tərbiyə müəllimi Süsən Məmmədova, ikinci yeri İsmayıllı şəhəri 1 nömrəli tam orta məktəbin idman müəllimi Cahangir Niftalıyev,  üçüncü yeri isə Tərtər şəhəri 1 saylı tam orta məktəbin müəllimi Mətləb Qədirov tutublar.

Qaliblər TİAHİ Respublika Komitəsi tərəfindən diplom və pul mükafatı ilə təltif olunublar.

Qeyd edək ki, şahmat yarışı üç mərhələdə keçirilib. Birinci mərhələ ümumtəhsil müəssisələrində təşkil olunub. Qaliblər ikinci mərhələdə şəhər və rayonlar  üzrə yarışda iştirak ediblər. Hər şəhər və rayon üzrə yalnız birinci yeri tutanlar isə üçüncü mərhələdə respublika üzrə təhsil işçiləri arasında təşkil olunan final yarışında iştirak hüququ qazanıblar. 

ETİKETLƏR: