Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İşğaldan azad edilən

ərazilərdə sahibkarlar üçün güzəşt  tətbiq olunacaq

24.05.2023 14:16
3
A+
A-

İşğaldan azad edilən ərazilərdə sahibkarlar üçün daha bir güzəşt  tətbiq olunacaq.  Artıq istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar kommunal xidmətlərə görə ödədikləri vəsaitin bir qismini geri ala biləcəklər. İşıq, qaz, su, kanalizasiya xidmətlərindən istifadə üçün büdcəyə ödənilən pulun 20 faizi geri alınacaq.

 Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov dedi  ki,  sahibkar tərəfindən ay ərzində fərqli kommunal xidmətlərin istifadəsi  zamanı  1000 manat ödəniş həyata keçirilibsə, onun 200 manatı sahibkarın  hesabına qayıdacaq.  İşğaldan azad edilmiş ərazilərdə istehsal  fəaliyyəti ilə məşğul olan sahibkarlara  kommunal  xidmətlərdən istifadəyə görə maliyyə köməkliyinin göstərilməsinə dair  Prezident  Fərmanına  əsasən,  ödənişlər aylıq hesablanacaq və sahibkarın hesabına köçürüləcək. On il nəzərdə tutulan güzəşt sahibkarların xərclərini xeyli azaldacaq.  Ümumilikdə dövlət dəstəyi tədbirləri ərazidə istehsal olunan məhsulların maya dəyərini azaldaraq rəqabət qabiliyyətini artıracaq. Sahibkarların praktiki olaraq  bir tərəfdən vergidən azad olması,  digər  tərəfdən kommunal xidmətlər üzrə kompensasiya  yerli və xarici investorlar üçün Qarabağ və Şərqi Zəngəzurun  biznes cəlbediciliyini artıracaq. Bu da, təbii ki,  ərazilərimizin daha qısa müddətdə bərpası baxımından vacibdir.

 

ETİKETLƏR: