Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Avtomobillər üçün daxili bazarda qiymət rəqabətində müəyyən üstünlük yaradılacaq

 İqtisadçı-ekspert Elşən Bağırzadə bildirib ki, bu qərar Azərbaycanda istehsal olunan avtomobillər üçün daxili bazarda qiymət rəqabətində müəyyən üstünlük yaradacaq.

24.05.2023 14:18
3
A+
A-

Ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində  müzakirə olunan və parlamentin plenar iclasına tövsiyə edilən Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.

 İqtisadçı-ekspert Elşən Bağırzadə bildirib ki, bu qərar Azərbaycanda istehsal olunan avtomobillər üçün daxili bazarda qiymət rəqabətində müəyyən üstünlük yaradacaq.

Lakin Azərbaycanın avtomobil sektoruna xarici investisiyaları stimullaşdırmaq üçün bu sektorda xarici imkanları da genişləndirmək lazımdır. Çünki Azərbaycanın daxili bazarı kiçikdir və bu sektorda ixrac imkanları o qədər də geniş deyil. Bu isə bir-birilə əlaqəli çoxlu sayda tədbirlərin nəticəsində mümkün ola bilər.

Ötən il olduğu kimi, bu il də yeni avtomobillərdən krossoverlər satış bazarında nisbətən daha çox alıcı diqqəti cəlb edir. Sevindirici haldır ki, alıcılar avtomobil alarkən ekologiyaya ziyan vurmayan maşınlara üstünlük verirlər. Lakin bu avtomobilləri ala bilməyən şəxslər benzin və dizellə çalışan maşınları seçirlər.

Onu da qeyd edək ki, bu ilin yanvar ayından ölkəyə gətirilən avtomobillərin qiymətində 5 faiz artım müşahidə olunur. Qiymətlərin yüksəlməsinin Azərbaycan iqtisadiyyatı və maşın bazarı ilə heç bir əlaqəsi yoxdur. İri avtomobil istehsalçılarının qiymət siyasəti, ehtiyat hissələrinin və daşınmanın bahalaşması bunun əsas səbəblərindəndir.

ETİKETLƏR: