Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Təhlükəsiz iş şəraitinə nail olmaq üçün...

Tətilin səbəbi Neukendəki Aquada del Cajon mədənində baş vermiş qəzada bir işçinin xəsarət almasıdır.

24.05.2023 15:15
2
A+
A-

Argentinanın neft və qaz sənayesi işçilərinin ən böyük həmkarlar ittifaqı bazar günü müddətsiz tətilə başlayıb. “Rio Neqro, Neuken və La Pampa əyalətlərinin özəl neft və qaz sektoru sindikatının rəhbər komitəsi Neuken hövzəsində işləri tamamilə dayandıraraq tətilə başlayıb”, - deyə birliyin Twitter səhifəsində bildirilir.

Tətilin səbəbi Neukendəki Aquada del Cajon mədənində baş vermiş qəzada bir işçinin xəsarət almasıdır. Tətil Argentinanın Neukendəki ən böyük şist karbohidrogen yatağı Vaca Muertaya təsir göstərəcək. Aksiya iştirakçıları əməyin təhlükəsizliyinin təmin edilməsini və Əmək Nazirliyinin nümayəndələrinin hadisə baş verən bölgədə olmasını tələb edirlər. Həmkarlar ittifaqı şirkətdən və hökumətdən heç bir reaksiya olmadığı üçün aksiyaya başlayıb.

Qeyd edək ki, hələ 2022-ci ilin fevralında Argentinanın yanacaq sektorunda işçilərin ən böyük həmkarlar ittifaqı - Rio Negro, Neuken və La Pampa Özəl Neft və Qaz Birliyi də qeyri-müəyyən müddətə tətil elan etmişdi. Tətilçilər maaşların artırılmasını tələb edərək onları artan inflyasiya ilə əlaqələndirdilər. Tətil böyük neft şirkətlərinə, xüsusilə də Neuken əyalətində yerləşən, dünyanın ən böyük yataqlarından biri olan Vaca Muerta neft və şist qaz yatağının işlənməsi ilə məşğul olan şirkətlərə təsir etmişdi.

Argentinada həmkarlar ittifaqları son iki il ərzində yüksək inflyasiya səbəbindən zəifləyən işçilərin alıcılıq qabiliyyətini bərpa etmək üçün mübarizə aparır. Ölkədə fəaliyyət göstərən neft və qaz sənayesi işçiləri həmkarlar ittifaqı 24 minə yaxın işçini birləşdirir.

ETİKETLƏR: