Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Mən azərbaycanlıyam”

Muzeyin məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin müdiri Nəzmiyyə Yigitoğlu H.Əliyevin keçdiyi həyat yolundan danışdı. Ulu Öndərin siyasi fəaliyyəti slayt vasitəsilə göstərildi. Sonra söz məktəblilərə verildi.

31.05.2023 16:57
2
A+
A-

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mən azərbaycanlıyam” ədəbi-musiqili tədbir keçirilib.

Bakı məktəblilərinin iştirakı ilə baş tutan bu tədbirdə muzey əməkdaşları, 7 nömrəli tam orta məktəbin və Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin şagirdləri musiqi nömrələri təqdim etdilər.

Muzeyin məktəblərlə və ictimaiyyətlə iş şöbəsinin müdiri Nəzmiyyə Yigitoğlu H.Əliyevin keçdiyi həyat yolundan danışdı. Ulu Öndərin siyasi fəaliyyəti slayt vasitəsilə göstərildi. Sonra söz məktəblilərə verildi.

Muzeyin Həmkarlar İttifaqı Komitəsinin sədri Ceyran Qənbərli yekun nitqi söylədi. Sonda tədbir iştirakçılarından bir qrupu Fəxri Fərmanla təltif olundu.

 

ETİKETLƏR: