Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Sertifikatlar təqdim olundu

Tədbirdə prorektorlar Akif Qasımov və Orxan Naqdiyev, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili və tələbələr iştirak ediblər.

31.05.2023 17:22
1
A+
A-

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat fakültəsinin nəzdində fəaliyyət göstərən “AzMİU Academy”nin ilk məzunlarının təltif edilməsi mərasimi keçirilib.

Tədbirdə prorektorlar Akif Qasımov və Orxan Naqdiyev, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili və tələbələr iştirak ediblər.

Tələbələrin mühəndis proqramlarının mənimsənilməsinə olan ehtiyaclarının ödənilməsi məqsədilə fəaliyyətə başlayan “AzMİU Academy”də ödənişsiz olaraq “Autocad”, “3D Max”, “Adobe İllustrator”, “Adobe Photoshop”, “Corel Draw”, “Ofis” proqramları tədris olunub.

“AzMİU Academy”nin ödənişsiz kurslarına ilk gündən 172 tələbə müraciət edib. Bunlardan 64 nəfəri İnşaat, 27 nəfəri Memarlıq, 33 nəfəri Su təsərrüfatı və mühəndis-kommunikasiya sistemləri, 15 nəfəri Nəqliyyat, 21 nəfəri Tikinti-iqtisad, 12 nəfəri isə Mexanika və informasiya texnologiyaları fakültələrinin tələbələri olub.

Çıxışlarda layihənin təhsil keyfiyyətinin yüksəldilməsinə, tələbələrin mühəndis proqramlarını daha yaxşı mənimsəməsinə, səmərəli təhsil mühitinin yaranmasına, müasir təhsil texnologiyalarının formalaşmasına təkan verəcəyi vurğulanıb.

Qeyd edək ki, hazırda kurslara yeni tələbələrin qeydiyyatı aparılır.

Mərasimin sonunda “AzMİU Academy”ni müvəffəqiyyətlə bitirən tələbələrə sertifikatlar təqdim olunub.

ETİKETLƏR: