Yubilyarı təbrik və təltif etdi
.

Sentyabrın 11-də Metal İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti Bəkir Yusifov “Suraxanı maşınqayırma zavodu” ASC-nin əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə şöbə müdiri Miri Əhmədovla görüşüb. Federasiyada baş tutan görüşdə B.Yusifov M.Əhmədovu 65 illik yubileyi münasibətilə təbrik edib, ona işlərində uğurlar arzulayıb, Fəxri Fərman və pul mükafatı təqdim edib.