Dendrologiya İnstitutunun Həmkarlar Təşkilatı gəzinti təşkil edib
Qeyd edək ki, Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.

Dendrologiya İnstitutunun Həmkarlar Təşkilatının təşkilatıçılığı ilə institutun 25 nəfər əməkdaşı üçün Şamaxı rayonuna 1 günlük gəzinti təşkil edilib.
İnstitut əməkdaşları Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında ekskursiyada olublar. Rəsədxanadakı diametri iki metr olan əsas teleskopla tanışlıqdan sonra cihazın işləmə mexanizmi, müşahidə qaydaları barədə ətraflı məlumat verilib. İnstitutun kollektivi həmçinin müxtəlif vaxtlarda müşahidə nəticəsində çəkilmiş qalaktikalar, planetlər və ulduzlar toplusunun fotoşəkilləri ilə də tanış olublar.
Qeyd edək ki, Rəsədxananın fəaliyyəti çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin və kometaların müşahidəsi aparılır.
Maraqlı məlumat əldə edən kollektiv istirahət gününü xoş təəssüratla başa vurub.
Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Tünzalə Zeyvəliyeva bildirib ki, AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə institutut əməkdaşlarının asudə vaxtının səmərəli təşkili istiqamətində hər il sosialyönümlü, maarifləndirici və tərbiyəvi tədbirlərlə yanaşı, əyləncəli proqramlar, vətənimizin müxtəlif bölgələrinə ekskursiyalar da təşkil edilir.a