Gəncədə ustad dərsi keçəcəklər
Ustad dərsi Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları Rüstəm Orucov və Orxan Səfərovun iştirakı ilə baş tutacaq.

Azərbaycan Cüdo Federasiyası sentyabrın 18-də Gəncədə təcrübəli mütəxəssislərin iştirakı ilə ustad dərsi təşkil edəcək.
Ustad dərsi Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçıları Rüstəm Orucov və Orxan Səfərovun iştirakı ilə baş tutacaq.
Tədbirin proqramına cüdonun fəlsəfəsi, fundamental texnikalar, fəndlərin yerinə yetirilməsi də daxil olmaqla müxtəlif mövzuların tədrisi daxildir.