Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yubilyarlarla görüş keçirilib

Tədbirdə iştirak edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təcrübəli və nümunəvi işçilər haqqında xoş sözlər deyib.

28.09.2023 10:27
7
A+
A-

Sentyabrın 22-də Dövlət Statistika Komitəsində uzun illər çalışmış Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova və Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin müdir müavini Mələknisə Məhərrəmovanın 65 illik yubileyi və dövlət qulluğunda olmanın yaş həddi ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə iştirak edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təcrübəli və nümunəvi işçilər haqqında xoş sözlər deyib.

Digər çıxış edənlər də yubilyarların uzunmüddətli səmərəli əməyini qeyd edərək xoş arzularını çatdırıblar.

Sonda Dövlət Statistika Komitəsi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Şıxəli Dadaşov yubilyarları    Fəxri Fərmanla təltif edib, onlara qiymətli hədiyyə və gül dəstəsi təqdim olunub.

ETİKETLƏR:

Foto