Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İdman Cəmiyyətinin yetirməsi Avropa çempionu adını qazanıb

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə (“Beach Wrestling”) yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib.

15.09.2021 11:49
12
A+
A-

Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə (“Beach Wrestling”) yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib.

Qitə birinciliyində 4 güləşçimiz mübarizə aparıb. Onların ikisi yeniyetmələr, ikisi isə gənclər arasında qüvvəsini sınayıb.

Yeniyetmələrin yarışında 60 kq. çəki dərəcəsində mübarizə aparan “Zenit” İdman Cəmiyyətinin yetirməsi Musa Ağayev əvvəlcə Moldova güləşçisinə və daha sonra iki ispan rəqibinə qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Ukrayna güləşçisini məğlub edərək adını finala yazdırıb. Həlledici görüşdə yenidən Moldova təmsilçisiylə üz-üzə gələn Musa bu dəfə də tam üstünlüklə qələbə qazanaraq Avropa çempionu olub. Xatırladaq ki, onun məşqçi-müəllimi Cəbrayıl Həsənovdur.

Qeyd edək ki, millimiz AÇ-də uğurlu çıxış edərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

ETİKETLƏR: