AHİTA-nın yüksək nəticə göstərmiş idmançıları təltif olunub
.
2023-cü ilin yekunlarına əsasən, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) yüksək nəticə göstərmiş idmançıları, şahmatçılar Gövhər Beydullayeva və Read Səmədov, onların məşqçisi, Respublikanın Əməkdar məşqçisi Xanlar Allahverdiyev AHİTA-nın sədri Binyamin Mənsimzadə tərəfindən Fəxri Fərman və pul mükafatı ilə təltif olunub.
B.Mənsimzadə ölkəmizi beynəlxalq yarışlarda təmsil edən şahmatçılarımızın 2024-cü ildə də ciddi uğurlar qazanacağına inandığını söyləyib.