Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İlk nəticələr sevindiricidir

Yarışlar iyul ayının 25-də başa çatacaq.

17.07.2024 11:42
5
A+
A-

Macarıstanın Debretsen və Miskolk şəhərlərində Tələbələrin V Avropa Universitet Oyunları keçirilir. Azərbaycan təmsilçiləri 6 idman növü üzrə mübarizə aparır. Artıq şahmat yarışı başa çatıb. Tələbələrimiz şahmat üzrə komanda hesabında I yerə layiq görülüblər, blits turnirində isə gümüş medalla kifayətləniblər.

Futbolçularımız da uğurla yarışmaqdadırlar. Artıq yarımfinala qədər yüksəlməyi bacarıblar. Buna qədər onlar Macarıstan, Almaniya və Polşa komandaları ilə görüşüb meydançanı qələbə ilə tərk ediblər.

Yarışlar iyul ayının 25-də başa çatacaq.

ETİKETLƏR: