Öhdəliklərin yerinə yetirilməsinə çağırış
.
Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) Yüksək Səviyyəli Siyasi Forumun Nazirlər Bəyannaməsindəki öhdəlikləri alqışlayır. Bu öhdəlikləri milli səviyyədə real nəticələrə çevirmək və Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün həmkarlar ittifaqları ilə əməkdaşlığın vacib olduğunu vurğulayır.
Əsas öhdəliklərə aşağıdakılar daxildir:
-Hamı üçün layiqli iş: layiqli əməyin təşviqi və bərabər dəyərli iş üçün bərabər ödənişi təmin etmək.
-Sosial müdafiə: sosial müdafiə sistemlərinin gücləndirilməsi.
-BMT Qlobal Sürətləndirici: ədalətli keçid məqsədilə iş yerlərində və sosial müdafiə zamanı BMT Qlobal Sürətləndiricisinin əhəmiyyəti.
-Maliyyə islahatı: DİM-lə bağlı maliyyə boşluqlarını aradan qaldırmaq, beynəlxalq borc mexanizmlərini təkmilləşdirmək, qeyri-qanuni maliyyə axınlarının qarşısını almaq və onlarla mübarizə aparmaq, həmçinin inklüziv və effektiv beynəlxalq vergi əməkdaşlığını təmin etmək, beynəlxalq maliyyə memarlığı islahatlarına dəstək.
“Bu öhdəliklərə baxmayaraq, Bəyannamənin sosial dialoq və Beynəlxalq Əmək Standartları kimi DİM-lərin effektiv həyata keçirilməsi üçün vacib olan əsas idarəetmə vasitələrinə daim istinad etmədiyini vurğulamaq vacibdir”, - deyə BHİK-in Baş katibi Luk Triangl bildirib. O əlavə edib ki, bu, qeyri-dövlət subyektlərinin bəyannamə üzrə danışıqlardan dəfələrlə kənarlaşdırılması ilə bağlıdır. Demokratik məkanların davam edən daralmasını geri qaytarmağın və hökumətlərin həmkarlar ittifaqları ilə birlikdə DİM-lərin həyata keçirilməsini sürətləndirmək üçün təcili tədbirlər görməsinin vaxtı çatıb.