Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Vətən Sevdalıları”

Əvvəlcə Dövlət himni səsləndirilib, sonra şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

27.10.2021 08:46
86
A+
A-

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşları Göyçay Rayon Mərkəzi Kitabxanasında təşkil olunmuş “Vətən Sevdalıları” adlı tədbirin qonağı olublar.

Əvvəlcə Dövlət himni səsləndirilib, sonra şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

İnformasiya-resurs şöbəsinin müdiri Elmira Kərimovanın hazırladığı “Şəhid anılar! Vətən tanınar!” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə İkinci Qarabağ müharibəsi şəhidlərinin valideynlərinin, qazilərin, kitabxana əməkdaşlarının və rayon ziyalılarının çıxışları olub.

Göyçay rayon MKS-nin şöbə müdiri Sevinc Qafurova polkovnik-leytenant Vidadi Xəlilov haqqında ətraflı məlumat verib. Məktəblilərin ifasında vətənpərvərlik, şəhidlər haqqında şeirlər səsləndirilib.

Tədbirin sonunda Xəzər Rayon MKS-nin şöbə müdiri Nilufər Abdulova tərəfindən birgə fəaliyyətə görə Göyçay Rayon MKS-nin direktoru və polkovnik-leytenant Vidadi Xəlilovun həyat yoldaşı Nərmin Xəlilova Fəxri Fərmanla mükafatlandırılıb.

Sonra qonaqlar Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı şəhid Vidadi Xəlilovun ev-muzeyində olublar.

 

ETİKETLƏR: