Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Azərbaycanda koronavirusla bağlı vəziyyəti nisbi sakitlik kimi qiymətləndirmək olar

Ümumiyyətlə, iki il ərzində virusa yoluxmayan və ya xəstələnən şəxslər də vaksinasiya prosesində fəal iştirak etməlidirlər

17.11.2021 13:27
0
A+
A-

Bəzi xəstəliklərə qarşı yalnız bir dəfə vurulmuş peyvənd ömürlük immunitetin yaranmasına səbəb olur. Təəssüf ki, yeni növ koronavirus (COVID-19) infeksiyası həmin qrupa aid deyil. Orqanizmdə COVID-19-a qarşı qazanılmış süni immunitet müəyyən vaxtdan sonra azalır. Ona görə də xüsusi risk qrupuna daxil olanların virusdan daha etibarlı müdafiəsi üçün onların “buster” doza vurdurmaları tövsiyə olunur. Bu praktika təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində tətbiq edilir.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov nazirliyin instaqram səhifəsində “COVID-19 “ mövzusunda çıxışı zamanı deyib.

T.Eyvazov deyib ki, Azərbaycanda koronavirusla bağlı vəziyyəti nisbi sakitlik kimi qiymətləndirmək olar: “Vəziyyət nəzarət olunan səviyyədədir. “Buster” doza alan vətəndaşların sayı kifayət qədərdir. COVID-19-la bağlı vəziyyətin daim nəzarətdə saxlanılması üçün vətəndaşların vaksinasiyada aktiv iştirak etməsi vacibdir. Nəzərə almaq lazımdır ki, vətəndaşlar arasında 3-cü doza vaksin vurduranlar olsa da, ümumiyyətlə, peyvənd vurdurmayanlar da mövcuddur. Ümumiyyətlə, iki il ərzində virusa yoluxmayan və ya xəstələnən şəxslər də vaksinasiya prosesində fəal iştirak etməlidirlər”.

Xatırladaq ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 milyon 132 min 50, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 28 min 482, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 490 min 360 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 613 min 208 nəfər təşkil edir.

ETİKETLƏR: