Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Saxta peyvənd sertifikatları

Şəhər merinin sözçüsü bildirib ki, indi bu peyvəndlərin bəzilərinin saxta olması ehtimalı sanitariya təşkilatının nüfuzuna zərbə vurub.

17.11.2021 14:08
1
A+
A-

Nyu-York Şəhər Sanitariya Xidmətinin onlarla işçisi onların saxta vaksinasiya sertifikatlarının istifadəsi faktlarının araşdırılması zamanı maaş almadan işdən kənarlaşdırılıb. Təhqiqat fırıldaqçılığın nə qədər geniş ola biləcəyini müəyyən etmək üçün peyvənd qeydlərinin hərtərəfli nəzərdən keçirilməsini əhatə edəcək. Sanitariya İdarəsi bir gündə peyvənd olunan işçilərin faizinin kəskin artması ilə diqqəti cəlb edib (göstərici 67% -dən 76% -ə qədər yüksəlib).

Şəhər merinin sözçüsü bildirib ki, indi bu peyvəndlərin bəzilərinin saxta olması ehtimalı sanitariya təşkilatının nüfuzuna zərbə vurub.

Qurumun rəsmi açıqlamasında rəhbərliyin peyvəndlərə ciddi və məsuliyyətli münasibəti, bu cür saxtakarlığa yol verməməsi vurğulanır. Sanitar xidmətin sözçüsü də təsdiqləyib ki, qurum bu işdə şəhərin istintaq idarəsi ilə fəal əməkdaşlıq edir. İstintaqın hazırkı mərhələsində sertifikatların saxtalaşdırılmasında iştirakı güman olunan işçiləri təmsil edən həmkarlar ittifaqı praktiki olaraq vəziyyəti şərh etmir, bütün bunların hələ sübuta yetirilməsinin lazım olduğunu bildirir.

Ölkədə aparılan məcburi peyvənd siyasətinə qarşı etirazlar davam edir. Bildirilir ki, məcburi peyvənd milyonlarla tibb işçisinin iş yerlərini təhdid edir və səhiyyə sahələrində, xüsusilə də bəzi tibb işçilərinin vaksinasiyada qərarlı olmadıqları kənd yerlərində kadr çatışmazlığını gücləndirə bilər.

ETİKETLƏR: