Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar olunmamışdır

Noyabrın 16-da “İnşaat-İş” Həmkarlar İttifaqının IX Məclisi olmuşdur. Sahə həmkarlar ittifaqının sədri Umud Hüeynov iclası açaraq məclis iştirakçılarını Zəfər Gününün ildönümü münasibətilə təbrik etdi. Şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edildi.

24.11.2021 12:01
2
A+
A-

Noyabrın 16-da “İnşaat-İş” Həmkarlar İttifaqının IX Məclisi olmuşdur. Sahə həmkarlar ittifaqının sədri Umud Hüeynov iclası açaraq məclis iştirakçılarını Zəfər Gününün ildönümü münasibətilə təbrik etdi. Şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad edildi.

Sonra gündəlikdə duran məsələlərə baxıldı. Məclis üzvlərinin siyahısında qismən dəyişiklik edildiyi nəzərə çatdırıldı. Sədr dövlət başçısının apardığı sosial-iqtisadi islahatlar danışdı. Həmkarlar İttifaqının bu islahatları tam dəstəklədiyini bildirdi. Qeyd etdi ki, 2021-ci ildə ittifaqımızda işçilərin sosial-iqtisadi maraqlarının müdafiəsi, asudə vaxtlarının səmərəli təşkili, iş şəraitinin yaxşılaşdırılması məqsədilə tədbirlər planı işlənib hazırlanmış və həyata keçirilməkdədir. O bu tədbirlərin bir qismini Məclis iştirakçılarının diqqətinə çatdırdı.

Məruzə ilə çıxış edən ittifaqın baş texniki əmək müfəttişi Əliəddin Məmmədov bildirdi ki, müəssisə və təşkilatlarda keçirilən yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar olunmamışdır. Müəssisə və təşkilatların rəhbərləri ilə birgə fəaliyyət xeyli gücləndirilmiş, kollektiv müqavilələr bağlanarkən güzəşt və imtiyazlara geniş yer verilmişdir. Maarifləndirmə işi müntəzəm xarakter almışdır. Belə ki, ittifaqımızın təşkilatçılığı ilə “Üzv müəssisə və təşkilatlarda kollektiv müqavilələrin bağlanmasında həmkarlar ittifaqının rolu”, “İstehsalın inkişafı-sosial məsələlər diqqətdən asılıdır”, “Azərbaycanda məşğulluq məsələləri və həmkarlar ittifaqlarının vəzifələri” mövzularında seminarlar, dəyirmi masalar keçirilmişdir. Seminarlarda deyilmişdir ki, kollektiv müqavilələrdə əksini tapan öhdəliklərin icrasından həm işəgötürən, həm də işçi faydalanır. Sağlam iş şəraiti yaranır. İstehsal göstəriciləri yüksəlir, müəssisə və işçilərin gəlirləri çoxalır.

Həmçinin qeyd olunmuşdur ki, məşğulluğun leqallaşdırılması üçün ilk növbədə qeyri - formal əmək münasibətləri aradan qaldırılmalıdır. Daimi iş yerlərində müddətli əmək müqavilələri bağlanılmalı, müddətsiz əmək müqavilələri müddətli əmək müqavilələri ilə əvəz edilməlidir.

Üzv idarə və müəssisələrdə kollektiv müqavilə hazırlanarkən tərəfdaşlarımızla aparılan danışıqlar zamanı çox vaxt müsbət nəticələrə nail olunur. Bu da sahə həmkarlar ittifaqının üzv təşkilatlarında nüfuzunu artırır. Qeyd olundu ki, “Holcim” şirkətləri arasında ən yaxşı nümunəvi saziş məhz “Holcim-Azərbaycan” ASC-həmkarlar ittifaqı arasında bağlanmışdır. Bu da “İnşaat-İş” Hİ-nın verdiyi məsləhət və tövsiyələr sayəsində mümkün olmuşdur.

O bu nümunədən digər üzv təşkilatların da bəhrələnməsini tövsiyə etdi.

Məruzədə bildirildi ki, işçilərin əməyinin ödənilməsi, əməkhaqlarının vaxtında verilməsi daim diqqət mərkəzində saxlanılır.

Ə.Məmmədov daha sonra bildirdi ki, AHİK sədri, millət vəkili Səttar Möhbalıyev demişdir: “Həmkarlar ittifaqının əsas məram və fəaliyyəti gənclərə daha dolğun izah olunmalıdır. Gənclərlə səmimi münasibət qurulmalıdır”. Biz bu tövsiyəni işimizin başlıca prinsiplərindən biri kimi qəbul edir və uğurla həyata keçiririk.

Beynəlxalq təşkilatın maddi dəstəyi ilə sentyabr ayında sahə həmkarlar ittifaqı Nabranda yerləşən “Şahdağ” İstirahət Evində “Gənclərin həmkarlar  ittifaqında rolu” mövzusunda 3 günlük səyyar seminar təşkil etmişdir. Seminar müddətində gənc iştirakçıların asudə vaxtlarında idman yarışları ilə məşğul olmasından ötrü hər cür şərait yaradılmışdır.

Məclis 2022-ci il büdcəsini və ştat cədvəlini, iş planını təsdiq etdi.

Sonda bir qrup ittifaq üzvünə əməkdə və ictimai işlərdə fərqləndiyinə görə Fəxri fərmanlar təqdim olundu.

ETİKETLƏR: