Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Sosial tərəfdaşlıq işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsinin səmərəli mexanizmi kimi”

İclasda digər çıxış edənlər tərəfindən bildirilib ki, COVID-19 koronavirus infeksiyasının qlobal çağırışları bəşəriyyəti təhdid etməkdə davam edir.

24.11.2021 12:09
2
A+
A-

Noyabrın 17-də Özbəkistanın paytaxtı Daşkənddə MDB ölkələri səhiyyə işçiləri həmkarlar ittifaqları nümayəndələrinin iştirakı ilə “Sosial tərəfdaşlıq işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsinin səmərəli mexanizmi kimi” adlı dəyirmi masa keçirilib.

Gündəliyə MDB ölkələrinin həmkarlar ittifaqlarının pandemiya şəraitində fəaliyyəti daxil olub. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Səhiyyə İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Anatoli Domnikov epidemioloji şəraitin bütün səhiyyə sistemlərinin təcili yenidən qurulmasını tələb etdiyini vurğulayıb. O bildirib ki, dövlətlər yoluxma hallarının artımını azaltmaq üçün tez əməli addımlar atmağa məcbur oldular.

Onun sözlərinə görə, COVID-19 pandemiyası həm bütün dünya səhiyyəsinin, həm də ayrı-ayrılıqda hər bir ölkənin sistemli çatışmazlıqlarını üzə çıxarıb. Problemlər hər yerdə oxşardır- xüsusi ayrılmış xəstəxanalarda yer çatışmazlığı və avadanlıqların, xüsusən də xəstəliyin diaqnostikası və müalicəsi üçün vasitələrin olmaması. Bundan əlavə, tibb işçilərinin çatışmazlığı planlı xidmətlərin göstərilməsinin məcburi dayandırılmasına səbəb oldu.

İclasda digər çıxış edənlər tərəfindən bildirilib ki, COVID-19 koronavirus infeksiyasının qlobal çağırışları bəşəriyyəti təhdid etməkdə davam edir. Xəstəliyin dalğavari gedişi və virusun yeni ştammlarının yaranması, gücləndirilmiş olmalarına baxmayaraq milli səhiyyə sistemləri və tibb təşkilatları üçün təhlükəlidir.

Bütün çətinliklərə baxmayaraq, MDB ölkələrindəki səhiyyə işçiləri həmkarlar ittifaqları COVID-19-a qarşı milli fəaliyyət tədbirlərində aktiv iştirak edirlər. Bütün səviyyələrdə hakimiyyət orqanları ilə danışıqlar xüsusilə effektivdir. Bu qarşılıqlı əlaqə forması ödəniş və əməyin mühafizəsi, iş vaxtı məsələlərini tənzimləməyə, habelə vaxtında sosial yardım göstərməyə imkan verir.

Bundan başqa həmkarlar ittifaqlarının sosial tərəfdaşlıq sistemində rolu müzakirə edilib, səhiyyədə sosial dialoqun problemləri və perspektivləri nəzərdən keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı (SİHİ) Respublika Komitəsinin  nümayəndələri  Xətai və Nizami rayon şuralarının sədrləri Afət Əzimova və Qönçə Abdullayeva iştirak ediblər.

 

A. MUSTAFAYEV

ETİKETLƏR: