Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İntellektlərin yarışı

Təhsil şöbəsinin akt zalında qaliblərin mükafatlandırma mərasimi olmuşdur.

24.11.2021 12:34
7
A+
A-

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsi 8 Noyabr “Zəfər Günü”nü silsilə tədbirlərlə qeyd etmişdir. Noyabrın 6-da şəhər 11 №-li tam orta məktəbdə təhsil şöbəsi, gənclər və idman idarəsi ilə birlikdə ümumtəhsil məktəbləri (VIII-XI sinif şagirdləri) arasında “Zəfər bizimlədir” intellektual oyun təşkil olunmuşdur. Yarışda 26 ümumtəhsil məktəbin komandası iştirak etmişdir.

Təhsil şöbəsinin akt zalında qaliblərin mükafatlandırma mərasimi olmuşdur. Mərasim şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Təhsil şöbəsinin müdiri Südabər İsmayılova, gənclər və idman idarəsinin müdiri Daşqın Mikayılov, TİAHİ Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasiyeva qalib komandaları təbrik edərək Vətən müharibəsində Ordumuzun şanlı qələbəsindən və bu qələbənin dünya geosiyasi mənzərəsinə müsbət təsirindən danışmışlar.

Sonra birinci-üçüncü yerləri tutmuş şəhər 18 №-li tam orta məktəbin “Çələbixan”, Baş Göynük kənd tam orta məktəbin “Murovdağ”, şəhər 7 №-li tam orta məktəbin “Qalib” komandalarına və IV həvəsləndirici yerə layiq görülmüş Baş Layısqı kənd tam orta məktəbin “Xudayar” komandasına Şəki Şəhər Təhsil Şöbəsinin, TİAHİ Şəki Rayon Komitəsinin və Şəki Şəhər Gənclər və İdman İdarəsinin diplom və hədiyyələri təqdim olundu.

 

ETİKETLƏR: