Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar

Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

24.11.2021 12:40
20
A+
A-

Noyabrın 17-də Biləsuvar Olimpiya İdman Kompleksində kiçikyaşlı yeniyetmələr arasında Vətən müharibəsi şəhidi İqbal Astanlının xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə I Respublika turniri keçirilib. Yarışdan əvvəl idman ictimaiyyətinin və yerli icra hakimiyyətinin nümayəndələri, eləcə də şəhid ailələri rayon ərazisində İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə yaradılmış şəhidlər guşəsini ziyarət ediblər.

Açılış mərasimindən sonra yarışlara start verilib. Turnirdə 10 komandanın 100-ə yaxın idmançısı iştirak edib. Qaliblər arasında “Zenit” İdman Cəmiyyətinin idmançıları da var. Belə ki, Riad İsmayılov (75 kq.) birinci, Asim Məmmədzadə (38 kq.)  və Tahir Mollayev (57 kq.) üçüncü yer tutublar . Məşqçi-müəllimlər Fəxrəddin Nuriyev və Akif Qurbanovdur.

Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.

ETİKETLƏR: