Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Məvaciblər yüksəlir

Almaniyada “Ver.di” həmkarlar ittifaqı danışıqların üçüncü raundundan sonra “Helios” klinikası ilə təxminən 21 min işçisini əhatə edən yeni  24 aylıq saziş imzaladı.

22.04.2021 12:33
16
A+
A-

Almaniyada “Ver.di” həmkarlar ittifaqı danışıqların üçüncü raundundan sonra “Helios” klinikası ilə təxminən 21 min işçisini əhatə edən yeni  24 aylıq saziş imzaladı. Ümumilikdə bu ilin aprel ayında 1,4 faiz, 2022-ci ilin aprelində 2,0 faiz və 2022-ci ilin noyabrında, digər 0,4 faiz daxil olmaqla, 3,8 faiz artım olacaq. İşçilərə həmçinin 400 avro (stajçılar - 100 avro) məbləğində bonus və pandemiya zamanı əlavə işlərin görülməsi üçün əlavə bir istirahət günü də veriləcək. 2023-cü il yanvarın 1-dən etibarən “Helios”un Şərqi Almaniya filiallarında iş vaxtı Qərbdəki  səviyyəyə endiriləcək. Həmçinin ayda 100-300 avro məbləğində qayğı müavinəti bərpa olunacaq. Bununla yanaşı, SRH klinikalar qrupunun 8,5 min işçisini əhatə edən yeni ikiillik saziş də imzalanıb. Saziş 2022-ci il dekabrın 31-dək qüvvədədir.  Və əməkhaqqının, 2021-ci il aprelin 1-dən etibarən 3 faiz olmaqla, minimum 60 avro məbləğində artırılmasını nəzərdə tutur ki, bu da aşağımaaşlı işçilər üçün sərfəlidir. 2022-ci il aprelin 1-dən etibarən daha  2,3 faiz (minimum 60 avro) və 2022-ci il sentyabrın 1-dən isə 1,3 faiz yekun artım gözlənilir. Gecə növbələrinə görə ödənişlər artırılacaq, həmçinin 150 avro (işçilərin payına mütənasib, lakin 100 avrodan az olmayaraq) və tələbələr üçün 100 avro məbləğində vergi tutulmayan bonus da ödəniləcək.

 

ETİKETLƏR: