Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əməkhaqqının artırılmasına nail olurlar

Fransada doqquz həmkarlar ittifaqı  federasiyası ictimai xidmətlər nazirinə əməkhaqqının ödənilməsinə dair dərhal danışıqlar aparılması üçün birgə məktub göndərib.

22.04.2021 12:33
15
A+
A-

Fransada doqquz həmkarlar ittifaqı  federasiyası ictimai xidmətlər nazirinə əməkhaqqının ödənilməsinə dair dərhal danışıqlar aparılması üçün birgə məktub göndərib. Həmkarlar ittifaqları alıcılıq qabiliyyətinin azaldılmasından narahatdırlar. Bu ilin əvvəlində milli minimum əməkhaqqı ödənişləri saatda 10,25 avroya (ayda 1554,58 avroya) qədər yüksəldi. İctimai sektorda C kateqoriyalı məvaciblərin aşağı hissəsində əməkhaqqı dərəcələri minimumdan aşağı düşdü. İctimai sektorda bütün əməkhaqlarının əsaslandığı indeks nöqtəsinin artırılması əvəzinə, hökumət, sadəcə olaraq, iki indeks bəndini bu ən aşağı əməkhaqqı dərəcələrinə əlavə etdi. Həmkarlar ittifaqları qeyd edir ki, 2000-ci ildən indeks nöqtəsi (20,79 %) dəyərini itirib və əgər ən aşağı əməkhaqqı dərəcələri kompensasiya olunaraq artırılsaydı, onda maaşlar indikindən 321-325 avro yüksək olardı. Eyni zamanda səhiyyə və sosial təminat sektorunda ev qulluqçuları oktyabr ayından yeni saziş üzrə əməkhaqqı artımı almalıdırlar.  İxtisassız işçilərə 99 avro və müvafiq ixtisaslı şəxslərə isə 362 avro aylıq artım nəzərdə tutulur. Aprelin 8-də keçirilən aksiyalarda qeyd olunub ki, heç də bütün tibbi və sosial işçilər əməkhaqqının 183 avro artırılması haqqında razılaşmadan üstünlük əldə etməyiblər.

ETİKETLƏR: