Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Xətai rayonunda maarifləndirici tədbir

Daha sonra X-XI sinif şagirdlərini maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparıldı.

22.12.2021 13:23
20
A+
A-

Dekabrın 17-də   Xətai rayonunun 55 saylı tam orta məktəbində  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Xətai Rayon İcra Hakimiyyəti ilə birlikdə təşkil etdiyi maarifləndirmə tədbiri keçirilmişdir.

Tədbirin əsas məqsədi şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, narkomanlığın cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək və məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaq və sağlam həyat tərzi mövzusunda maarifləndirməkdən ibarət idi. 

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti  başçısı aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun, DİN-in Baş Narkotiklərlə Mübarizə üzrə İdarəsinin,  Bakı Şəhəri üzrə Narkoloji Dispanserin,  o cümlədən rayon polis şöbəsinin və prokurorluğun nümayəndələri mövzu ətrafında çıxışlar etdilər.

Çıxışlarda son illərdə narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığının artmasından  və sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıldı.

Daha sonra X-XI sinif şagirdlərini maraqlandıran suallar  ətrafında geniş diskussiyalar aparıldı.

Tədbirdə zəruri təbliğat materialları da iştirakçılara təqdim edildi.

AHİK-in Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat şöbəsinin mütəxəssisi Afaq Yusifova Azərbaycan həmkarlar ittifaqlarının narkomaniyaya qarşı mübarizə sahəsində gördüyü işlər barədə danışdı. Həmçinin  hökumət və işəgötürənlərin sosial tərəfdaşı olaraq, gənc nəslin nə düşündüyünü, dəyərlər yönümünü, iqtisadi vəziyyətini, istehsalatda, yaradıcılıqda, hərbdə, təhsildə, elmdə davranışını təhlil edərək dövlət proqramları, beynəlxalq layihələr və müvafiq fəaliyyət planlarının icrasında fəal iştirakı barədə məlumatı da tədbir iştirakçılarının diqqətinə çatdırdı.           

           

Afaq YUSİFOVA,

     AHİK-in mütəxəssisi

 

ETİKETLƏR: