Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Praktik psixoloq işləyirəm. Eşitmişəm ki, mənə 56 gün məzuniyyət düşür. İşdə deyirlər ki, Azərbaycanda yalnız müəllimlər 56 günlük məzuniyyətdən istifadə edirlər, bu, doğrudurmu? Özgə  hansı işçilərə 56 gün məzuniyyət verilir?

Bəhruz MƏMMƏDOV, Bakı şəhəri.

21.12.2021 13:31
38
A+
A-

Praktik psixoloq işləyirəm. Eşitmişəm ki, mənə 56 gün məzuniyyət düşür. İşdə deyirlər ki, Azərbaycanda yalnız müəllimlər 56 günlük məzuniyyətdən istifadə edirlər, bu, doğrudurmu? Özgə  hansı işçilərə 56 gün məzuniyyət verilir?

 

Bəhruz MƏMMƏDOV, Bakı şəhəri.

- Əmək Məcəlləsinin 118-ci maddəsi ilə pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyən edilmişdir. Həmin maddəyə əsasən,  aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:

a) illik normanın üçdəbir hissəsindən az olmamaqla, pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;

b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);

c) uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;

ç) təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa) eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;

d) sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;

e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə;

ə) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.

 

Əmək kitabçası ləğv edilibmi? Ləğv edilibsə, əvəzinə hansı sənəddir? İşdən çıxanda əmək kitabçası verilirmi?

     Yusif MUSAYEV,  Şəki şəhəri.

 

- Əmək kitabçası ləğv edilməyib, qüvvədədir.Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

Ailə-kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir.

İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

İşdən çıxan işçilərə əmək kitabçası əmək müqaviləsinə xitam verildiyi gün (sonuncu iş günü) verilir.    

 

ETİKETLƏR: