Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İC-nin boksçularından beynəlxalq turnirdə uğurlu çıxış

Cəmiyyətin 10 yaşlı boksçusu Mehran Rəsulov 63 kq. çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci olub. 

22.12.2021 13:32
18
A+
A-

Dekabrın 13-20-də Ukraynanın İvano-Frankovsk şəhərində İqor Qaydamakinin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnir keçirilib.

Turnirdə 8 ölkədən 12 komanda (370 boksçu) iştirak edib. Ölkəmizi təmsil edən “Zenit “ İdman Cəmiyyətinin yetirmələri beynəlxalq turnirdə uğurlu nəticə göstəriblər. 

Cəmiyyətin 10 yaşlı boksçusu Mehran Rəsulov 63 kq. çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək birinci olub. 

Namiq Senana (46 kq.), Hüseyn Orucov (50 kq.), Səccad Nəsir (54 kq.) və  Hüseyn Məmişov (57 kq.) isə üçüncü yeri tutublar.

Boksçularımızın yarışda uğur qazanmasında məşqçi-müəllimlər Ceyhun Rüstəmov və Təvəkkül Məmmədovun böyük əməyi var. 

ETİKETLƏR: