Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Böyük Zəfər” adlı voleybol turniri

Şağan Olimpiya İdman Kompleksində keçirilən tədbirin açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

12.01.2022 12:28
2
A+
A-

Xəzər Rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər Rayon Təşkilatı və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin birgə təşkilatçılığı ilə “Böyük Zəfər” adlı voleybol turniri keçirilib.

Şağan Olimpiya İdman Kompleksində keçirilən tədbirin açılış mərasimində əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib, şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Tədbirdə Xəzər Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər Rayon Komitəsinin sədri Həzərxan Əbilov, Şağan Olimpiya İdman Kompleksinin direktoru Atakişi Cahanov və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Turnirdə rayonun orta məktəb komandaları qalib adı uğrunda mübarizə aparıb. Yekun nəticələrə görə, birinci yeri 149 nömrəli tam orta məktəbin komandası tutub. İkinci yerə 185, üçüncü yerə isə 26 nömrəlitam orta məktəblərin komandaları layiq görülüb.

Sonda qaliblər diplom və medallarla təltif olunublar.

ETİKETLƏR: