Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Məhsul” İdman Cəmiyyətinin yetirmələri fərqləniblər

Qeyd edək ki, yarış pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilib. 

19.01.2022 21:48
1
A+
A-

Boks Mərkəzində təşkil olunan kişi boksçular arasında Azərbaycan çempionatında 54 kq. çəki dərəcəsində mübarizə aparan “Məhsul” İdman Cəmiyyətinin yetirməsi Əhməd Əhmədov  ikinci yeri tutub.

Qeyd edək ki, yarış pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilib. 

***

Bakıda yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Paytaxtın Hövsan qəsəbəsindəki Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 570-ə yaxın (479 oğlan, 89 qız) idmançı mübarizə aparıb.

Qızların yarışında iştirak edən “Məhsul” İdman Cəmiyyətinin yetirməsi Zeynəbxanım Əsədova (-70kq.)  üçüncü yeri tutub.

ETİKETLƏR: