Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


“Zenit” İC-nin boksçuları bürünc medal qazanıblar

Yarışda iştirak edən “Zenit” İdman Cəmiyyətinin yetirmələri Ramazan Abdullayev (60 kq.) və Elməddin İsmayılov ( 67 kq.) üçüncü yeri tutublar. İdmançılarımız yarışa təcrübəli məşqçi Təvəkkül Məmmədovun rəhbərliyi altında hazırlaşıblar. 

19.01.2022 21:49
9
A+
A-

Kişi boksçular arasında Azərbaycan çempionatı keçirilib. Ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 100 boksçusu qüvvəsini sınayıb. 5 gün davam edən turnirdə 13 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib.

Yarışda iştirak edən “Zenit” İdman Cəmiyyətinin yetirmələri Ramazan Abdullayev (60 kq.) və Elməddin İsmayılov ( 67 kq.) üçüncü yeri tutublar. İdmançılarımız yarışa təcrübəli məşqçi Təvəkkül Məmmədovun rəhbərliyi altında hazırlaşıblar. 

Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

 

ETİKETLƏR: