Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə verilən müavinətlər və Prezident təqaüdü haqqında məlumat verməyinizi xahiş edirəm.

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə verilən müavinətlər və Prezident təqaüdü haqqında məlumat verməyinizi xahiş edirəm.

29.04.2021 09:53
59
A+
A-

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə verilən müavinətlər və Prezident təqaüdü haqqında məlumat verməyinizi xahiş edirəm.

 

Səbirə ƏZİMOVA, Şirvan şəhəri.

- Çernobıl AES-də hərbi xidmətlə əlaqədar I, II və III dərəcə əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü və aylıq müavinətlərin miqdarı bu gün üçün aşağıdakı kimi müəyyən edilmişdir:

- I dərəcə hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü 400 manat, aylıq müavinət isə 150 manat müəyyən edilmişdir. I dərəcə əlilliyi olan belə şəxslərə qulluq edənlərə əlavə 50 manat Prezidentin aylıq təqaüdü;

- II dərəcə əlilliyi olan şəxslərə 350 manat Prezidentin aylıq təqaüdü, 130 manat aylıq müavinət;

- III dərəcə əlilliyi olan şəxslərə 310 manat Prezidentin aylıq təqaüdü, 110 manat aylıq müavinət ödənilir.

 

Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslərə ödənilən Prezident təqaüdünün və aylıq müavinətin məbləğini bilmək istəyirəm.

 

Cəfər MƏMMƏDOV, Gəncə şəhəri.

 

- Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslərə də Prezidentin aylıq təqaüdü və aylıq müavinət təyin edilmişdir. Əlillik dərəcəsi ilə əlaqədar bu şəxslərə təqaüdün və müavinətin məbləği bu gün üçün aşağıdakı kimi müəyyən edilmişdir:

- Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə 130 manat Prezidentin aylıq təqaüdü, 150 manat isə aylıq müavinət ödənilir. Bu qəbildən olan şəxslərə qulluq edənlərə isə 50 manat Prezidentin aylıq təqaüdü verilir.

- II dərəcə əlilliyi olan şəxslərə 130 manat aylıq müavinət;

- III dərəcə əlilliyi olan şəxslərə 110 manat aylıq müavinət verilir.

II və III dərəcə əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü verilmir.

 

Çernobıl AES-də baş verən qəzanın nəticəsində əlilliyi olan şəxslərin sosial müdafiəsi ilə bağlı ümumi məlumat verməyinizi xahiş edirəm.

 

Səlim QƏDİROV, Bakı şəhəri.

- Çernobıl AES-də qəzanın aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslər 2 kateqoriyaya bölünür:

- Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər.

- Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər.

Hər iki qrupdan olan şəxslərin statusu müəyyən edilmiş və bu şəxslər qanunvericiliyə müvafiq olaraq ya əlilliyə görə əmək pensiyası, ya da əlilliyə görə müavinətlə əhatə olunmuşlar. Onların sosial müdafiəsinin yaxşılaşması üçün pensiya və müavinətləri vaxtaşırı artırılır. Eyni zamanda həmin şəxslərə Prezidentin aylıq təqaüdü də verilir.

Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədar əlilliyi olan şəxslərin sayı 6000-ə yaxındır. Bu şəxslərin böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası ilə təmin olunmuşlar. Ölkəmizdə əmək pensiyasının minimum məbləği 200 manat olsa da, onlara ödənilən bu pensiyanın minimum məbləği 260 manatdır.

Əmək pensiyası hüququ olmayan bu qəbildən olan vətəndaşlara isə aylıq müavinət təyin olunmuşdur.

Çernobıl AES qəzası nəticəsində əlilliyi olan vətəndaşlara, əlilliyin dərəcəsindən asılı olmayaraq, onların müalicəsi üçün hər il birdəfəlik müavinət ödənilir. Bu müavinət həm hərbi xidmətlə əlaqədar, həm də qəzanın ləğvi ilə əlaqədar əlil olanların hamısına ödənilir.

Qəza nəticəsində hər iki kateqoriyadan əlliliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, onların sanatoriya-kurort müəssisələrinə göndərilməsi və s. istiqamətlərində həmişə müvafiq işlər aparılır. Özü də bu işlər, əliliyin dərəcəsindən asılı olmayaraq, əlilliyin hər dərəcəsinə uyğun aparılır.

Çernobıl qəzası nəticəsində vəfat etmiş valideynlərin uşaqlarına, habelə I II dərəcə əlilliyi müəyyən edilmiş valideynlərin uşaqlarına aylıq sosial müavinət verilir. Həmin aylıq sosial müavinət həm Çernobıl qəzası nəticələrinin aradan

ETİKETLƏR: