Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Qənimətlər Parkı ziyarət olundu

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsi rayonun təhsil müəssisələrində çalışan 37 nəfər qazinin və gənclərin hərbi çağırışa qədər hərbi hazırlıq rəhbərlərinin Hərbi Qənimətlər Parkına ziyarətini təşkil edib.

29.04.2021 09:55
13
A+
A-

Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsi rayonun təhsil müəssisələrində çalışan 37 nəfər qazinin və gənclərin hərbi çağırışa qədər hərbi hazırlıq rəhbərlərinin Hərbi Qənimətlər Parkına ziyarətini təşkil edib. Rayon komitəsinin sədri Zümrüd Rzayevanın dediyinə görə, park ziyarətçilərdə, o cümlədən məndə böyük qürur hissi doğurdu. Qənimət götürülmüş hərbi texnikalar 44 günlük müharibənin miqyası, dəhşəti, dağıdıcı qüvvəsi barədə tam təsəvvür yaradır. Bir daha hərbçilərimizin qəhrəmanlığına heyran qalmaya bilmirsən.

Zümrüd xanım onu da qeyd etdi ki, bu park gənc nəslin vətənpərvərlik tərbiyəsində əhəmiyyətli rol oynayacaq, onlarda hərb elminə maraq, düşmənlərimizə nifrət hissləri oyadacaq.

ETİKETLƏR: