Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


İş yerlərinin yaradılması və yeni ictimai müqavilə

Mayın 1-də bütün dünyada işçilər həmkarlar ittifaqının təxminən 200 illik fəaliyyətinin nailiyyətlərini qeyd edəcək, layiqli əmək və davamlı inkişafla bağlı tələblərini irəli sürəcəklər.

29.04.2021 09:59
14
A+
A-

Mayın 1-də bütün dünyada işçilər həmkarlar ittifaqının təxminən 200 illik fəaliyyətinin nailiyyətlərini qeyd edəcək, layiqli əmək və davamlı inkişafla bağlı tələblərini irəli sürəcəklər.

Ötən il COVID-19 pandemiyası səbəbindən 250 milyondan çox iş yerinin itirildiyi və bu il 130 milyon iş yerinin təhlükə altında olduğu üçün Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) hökumətləri iş yerlərinin yaradılmasını bərpa və dayanıqlılığın təmin edilməsində başlıca məqsəd kimi qəbul etməyə çağırır. Beynəlxalq Əmək Təşkilatının (BƏT) Nizamnaməsində təsbit edilmiş tam məşğulluq prioritet olaraq qalmalıdır.

Tələb olunan əsas amillər bunlardır:

-Dövlət investisiyalarının artırılması;

-Dövlət sektoruna investisiya qoyuluşu və dövlət məşğulluq proqramlarının yaradılması;

-Keyfiyyətli iş yerlərinin yaradılmasının stimullaşdırılması;

-Təhsil və təlim investisiya;

-Qeyri-formal işin rəsmiləşdirilməsi.

Bir çox hökumətlər işsizliyə qarşı mübarizədə qısamüddətli tədbirlərdə özlərini yaxşı göstərmiş və pandemiyanın başlanğıcında iş vaxtını qısaltmışdır. Və bu nümunələr milli məşğulluq planları və sahə siyasəti ilə hər yerdə möhkəmləndirilməlidir.

Bu planlar “Just Transition” vasitəsilə iqlim dəyişikliyi ilə mübarizə üçün səhiyyə və qayğı xidmətlərinin genişləndirilməsi, keyfiyyətli infrastrukturun yenilənməsi və qurulmasının təcili ehtiyacına yönəldilməlidir. Ədalətli vergitutma siyasəti bu səyləri maliyyələşdirmək üçün həlledici olacaq. Uğursuz sərt iqtisadi siyasətə hər hansı bir qayıdış işçilər və cəmiyyət üçün fəlakətli nəticələr törədəcək.

İş yerlərinin yaradılması işçilərin yeni sosial müqavilədə beş tələbinin əsasını təşkil edir . Digər tələblər:

-Hüquqlar, xüsusilə kollektiv danışıqların təşkili və aparılması hüququ;

-Sosail müdafiə, o cümlədən  ən zəngin ölkələr üçün qlobal sosial müdafiə fondu;

-Ayrı-seçkiliklə üzləşən qadınlar və bütün qruplar üçün bərabərlik;

-İnklüziya, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və COVID-19 vaksinlərinə, testlərinə və müalicəsinə hər kəs üçün giriş.

Bu tələblərin yerinə yetirildiyi yerdə ümumi rifah yoxsulluğu əvəz edəcək, demokratiya möhkəmlənəcək, cəmiyyətlər isə sağlam iqtisadiyyat əsasında inkişaf edəcək. Bu kursa əməl edilməməsi hökumətlərə inamı daha da zəiflədəcək.  İndiki və gələcək nəsillərə xəyanət olunacaqdır.

Mayın 1-də bütün dünya həmkarlar ittifaqları sülh, hüquq, sabitlik, sosial və iqtisadi ədalət uğrunda çıxış edəcək.

ETİKETLƏR: