Azərbaycan bayrağı Ülfət qəzeti Azərbaycan həmkarlar ittifaqı konfederasiyası Ülfət qəzeti


Əməyin təhlükəsizliyinə nəzarət daha da gücləndirilməlidir

“ 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü”nü qeyd edib

28.04.2021 10:19
23
A+
A-

Aprelin 27-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əməyin mühafizəsi şöbəsi ilə birlikdə “ 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Günü”nü qeyd edib. Onlayn formatında keçirilən tədbiri giriş sözü ilə Respublika Komitəsinin sədri Rəşad Səfərov açıb. Bildirib ki, ölkəmizdə uzun illərdir qeyd olunan bu əlamətdar gün işçilərin sağlamlığının qorunması, təhlükəsiz əmək şəraiti yaradılması istiqamətində aparılan işlərə təsiredici həddə köməklik göstərir. Həmin gün həmkarlar ittifaqı təşkilatları sosial tərəfdaşları ilə birlikdə bir daha diqqəti əməyin mühafizəsi məsələlərinə yönəldir. Problemlər qaldırılır, nümunəvi təcrübələr bölüşdürülür. Hər il Beynəlxalq Əmək Təşkilatı tərəfindən daha önə çıxan, işçilərin iş yerində təhlükəsizliyinə daha çox zərər gətirən amillər araşdırılır və müvafiq çağırışlar hazırlanıb elan olunur. Builki çağırış “Böhranı qabaqlamaq və ona hazır olmaq - dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq”  adlanır. Bu çağırışın yaranmasına səbəb koronavirusun iqtisadiyyata vurduğu zərərlə bağlıdır. Bildiyiniz kimi, istehsal hissediləcək dərəcədə inkişafdan qalıb, gəlirlər azalıb. Beləliklə, əməyin mühafizəsinə çəkilən xərclər də qənaətedici səviyyədən aşağı düşüb. Bu da işçilərin sağlamlığının qorunmasına mənfi təsir göstərir.

Biz, həmkarlar ittifaqı təşkilatı olaraq, ölkəmizdə təhlükəsiz iş şəraitinə nəzarəti gücləndirməliyik. Hər bir müəssisə rəhbərindən əməyin mühafizəsinə xüsusi qayğı göstərməyi tələb etməliyik.

Rəşad müəllim bu sahədə Respublika Komitəsinin, üzv təşkilatların həyata keçirdiyi tədbirlərdən də danışdı.

Vebinarda AHİK-in Əməyin mühafizəsi şöbəsinin müdir müavini Əli Mədətov da çıxış etdi.

ETİKETLƏR: