Haqqımızda


«Ülfət» qəzetinin ilk sayı 1991-ci ilin may ayında işıq üzü görmüşdür. Müstəqilliyimizin ilk illərində sahə nəşrləri arasında ən çox tirajla çıxan qəzet olmuşdur. Həmkarlar ittifaqlarının yenidən formalaşmasında müstəsna rol oynamışdır. Hazırda Azərbaycan həmkarlar ittifaqları hərəkatının ən populyar, ən çox tirajla çıxan nəşrlərindəndir. Redaksiyadaxili struktur imkan verir ki, respublikamızın, xarici ölkələrin və beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının həyatında baş verən yeniliklər qəzet səhifələrində operativ əksini tapsın. Redaksiya heyəti respublika iqtisadiyyatının, sosial, mədəni proseslərin oxuculara çatdırılmasını da fəaliyyətinin prioritet istiqamətlərindən sayır. Bütün bu vəzifələrin vaxtında, dəqiq, keyfiyyətlə yerinə yetirilməsi üçün «Ülfət» geniş informasiya şəbəkəsi qurmuşdur. Demək olar ki, hər gün hökumət, qeyri-hökumət qurumlarından, sahə həmkarlar ittifaqları strukturlarından redaksiyaya məlumatlar daxil olur. Həmin məlumatlar və müxbirlərin vətəndaşlarla birbaşa ünsiyyətindən əldə olunan faktlar, araşdırmalar əsasında müxtəlif janrlarda, mövzularda materiallar hazırlanıb oxuculara təqdim edilir. İşçilərin hüquqi maarifləndirilməsi həmişə qəzetin diqqət mərkəzindədir. Qəzetin redaktoru və əməkdaşlarının bir qrupu respublikamızın fəxri adlarına, AHİK-in yubiley medalına, Fəxri fərmanlarına layiq görülmüşlər. «Ülfət»də dərc olunan bir çox yazı fərdi jurnalist yaradıcılığı müsabiqələrində qalib elan olunmuşdur. «Ülfət» qəzeti Mətbuat Şurasının ilk təsisçilərindəndir.