Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

(avqustun 30-da)
... Sinqapur şəhərində keçirilən yeniyetmələrin I olimpiya oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalamışdır.
… Sinqapurda keçirilən yeniyetmələrin I yay olimpiya oyunlarında iştirak etmiş idmançıları və mütəxəssisləri qəbul etmişdir.

(avqustun 31-də)
… Müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul etmişdir.

(sentyabrın 1-də)
… və xanımı Mehriban Əliyeva Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində iştirak etmişlər.

(sentyabrın 2-də)
… və xanımı Mehriban Əliyevanın adından ölkəmizə rəsmi səfərə gələn Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin və xanımı Svetlana Medvedevanın şərəfinə "Gülüstan" sarayında rəsmi ziyafət təşkil edilmişdir.

(sentyabrın 3-də)
… və Rusiyanın dövlət başçısı Dmitri Medvedevin görüşündə Azərbaycan və Rusiya arasında dövlət sərhəddi, təbii qazın alqı-satqısı və Samur çayı ilə bağlı sənədlər imzalanmışdır.
… və Rusiya Prezidenti Dmitri Medvedev mətbuat konfransında bəyanatla çıxış etmişlər.

Beş illik proqramın icrası beş balla qiymətləndirildi

03.03.09 - 15:50261 baxılıb

Hökumətin iqtisadi siyasətinin ən başlıca hədəflərinin cəmləşdiyi proqram ölkədə makroiqtisadi sabitliyə və davamlı inkişafa şərait yaradıb. İqtisadiyyatda dinamik artımın təmin olunmasına təkan verib. Regional inkişafa göstərilən diqqət ölkənin hər bir bölgəsində yeni istehsal və emal müəssisələrinin, xidmət infrastrukturun, turizm, təhsil, mədəniyyət, səhiyyə və digər sahələr üzrə obyektlərin yaradılmasına, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, onların güzəranının xeyli yaxşılaşdırılmasına baza yaradıb.

Proqramdakı hədəflərə
artıqlaması ilə əməl olunub

Dövlət Proqramının icrası respublikamızda infrastruktur, sənaye, nəqliyyat, rabitə, tikinti, kənd təsərrüfatının inkişafında əhəmiyyətli dəyişikliklərə səbəb olmaqla yanaşı, bölgələrə xarici investorların axınına təkan verib, eyni zamanda yerli sahibkarların xarici bazarlara çıxışını stimullaşdırıb. Belə ki, yol və infrastrukturun yeniləşməsi sahibkarların yeni müəssisələr yaratmasında və istehsal olunan məhsulun bazarlara ixracında əhəmiyyətli rol oynayıb. Proqramın icrası bölgələrdə elektrik enerjisi, qaz və su təchizatı sahəsində köklü dəyişikliklərə səbəb olmuş, əhalinin həmin xidmət növləri ilə keyfiyyətli və fasiləsiz təmin olunmasında mühüm rol oynayıb. Son 5 ildə ölkə üzrə elektrik enerjisi ilə təminatın səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 8 elektrik stansiyası istifadəyə verilib. Bundan başqa, Sumqayıt şəhərində yeni istilik elektrik stansiyasının tikintisi başa çatdırılıb, Dəvəçi, Quba və Füzuli rayonlarında yeni elektrik stansiyalarının tikintisi davam etdirilir. Ötən beş ildə əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilib. Bir çox yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılıb. 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, Lerik, Yardımlı, Ağcabədi, Beyləqan rayonları və Füzuli rayonunun Horadiz qəsəbəsi təbii qazla təmin edilib. 2003-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 62 faiz təşkil edirdisə, hazırda bu rəqəm 85 faizə çatıb. 2004-2008-ci illər ərzində regionlarda 8000 km. yeni qaz xətləri çəkilib.
İnfrastruktur sahəsində digər xidmət növləri, məsələn, su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi ilə əlaqədar regionlarda bir çox layihələr həyata keçirilib. 2004-2008-ci illər ərzində regionlarda ümumi uzunluğu 723.5 km. olan yeni su xətləri, 209.31 km. olan kanalizasiya xətləri çəkilib, 23 su anbarı qurulmuş, 214 artezian quyusu qazılıb. Hazırda Gəncə, Şəki, Ağdaş və Göyçay şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, kiçik şəhərlərin su təchizatı sistemlərinin bərpası istiqamətində işlər davam etdirilir. Prezidentin ikinci Bakı-Tbilisi-Ceyhan adlandırdığı Oğuz-Qəbələ-Bakı su kəmərinin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulur. Ötən illərdə istilik təchizatının yaxşılaşdırılması məqsədi ilə bir sıra tədbirlər başa çatdırılıb, 75 qazanxana tikilib istifadəyə verilib, 72-si əsaslı təmir olunub.
Dövlət Proqramının icrasının nəticələri aparılan tədbirlərin, həyata keçirilən hər bir layihənin həm keyfiyyət, həm də kəmiyyətinə görə istənilən səviyyədən də yaxşı olmuşdur. Belə ki, 2003-cü il oktyabrın 1-dən 2009-cu il yanvarın 1-dək ölkəmizdə 766 min 277 yeni iş yeri açılıb ki, onların da 547 min 573-ü daimidir. Yaradılmış iş yerlərinin 80 faizi regionların payına düşür. Son 5 ildə ölkədə 27572, o cümlədən 2004-cü ildə 4921, 2005-ci ildə 5516, 2006-cı ildə 5123, 2007-ci ildə 5145 və 2008-ci ildə 6867 yeni müəssisə yaradılıb. Yeni müəssisələrin 88 faizindən çoxu xüsusi mülkiyyətli olmaqla 5.6 faizi Abşeron, 5.2 faizi Gəncə-Qazax, 3.1 faizi Şəki-Zaqatala, 3.9 faizi Lənkəran, 2.3 faizi Quba-Xaçmaz, 10.8 faizi Aran, 2.0 faizi Yuxarı Qarabağ, 0.5 faizi Kəlbəcər-Laçın, 1.2 faizi Dağlıq Şirvan, 4.4 faizi Naxçıvan iqtisadi rayonunda yaradılıb. Həmin müəssisələrin əksəriyyəti bu gün ən modern texnologiyalarla təmin edilib və Azərbaycanın ixrac potensialında mühüm yer tutur.
Regionların inkişafının məntiqi
davamı - 2009-2013-cü illərə
dair proqram hazırdır...

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkənin ümumi inkişafı üçün yüksək effekt verdiyindən hökumət bu inkişaf konsepsiyasını davam etdirməyi qərara alıb. Bu siyasətin məntiqi davamı olan 2009-2013-cü illərə dair "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" hazırlanıb və sənəd yaxın günlərdə təsdiq olunacaq. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, yeni proqram ən ucqar bölgələrdə bütün sosial və kommunal xidmət növlərinin yaradılmasını başa çatdırmaq, rayonlarda iqtisadi fəallığı artırmaq, qeyri-neft sektorunun inkişafını təmin etmək və digər kompleks islahatları nəzərdə tutur. Ümumiyyətlə, yeni Dövlət Proqramının ana xətti qeyri-neft sektorunu iqtisadiyyatın lokomotivinə çevirməkdən ibarət olacaq.

Regionların və kəndlərin
inkişaf proqramı...

İİN-in proqnozlarına görə, yaxın illərdə ölkənin valyuta sərvətləri bir neçə dəfə artacaq və bu vəsaitlər həmin iqtisadi tədbirləri həyata keçirməyə imkan verəcək. Yeni proqramın reallaşması məşğulluq səviyyəsinin daha da artırılmasına, nəinki rayonlarda, hətta kəndlərdə də yeni müəssisələrin yaradılmasına və əhalinin rifah halının yaxşılaşdırılmasına hesablanıb. 2009-2013-cü illərdə elektrik enerjisi, qazlaşdırma sahələrinə, içməli su təminatı, meliorasiya və suvarma bölmələrinə böyük diqqət ayrılacaq, bir çox infrastruktur proqramlar həyata keçiriləcək. Bir sözlə, Azərbaycanın bütün bölgələrində, kənd və qəsəbələrində bu iqtisadi hədəflərin reallaşması nəticəsində tamamilə yeni mənzərə yaranacaq.
2009-2013-cü illəri əhatə edən proqramda qəsəbə və kəndlərin spesifik xüsusiyyətləri öz əksini tapıb. Azərbaycanın bütün yaşayış məntəqələrinin, hər bir kəndin qazlaşdırılması, fasiləsiz elektrik enerjisi, keyfiyyətli su xidmətləri ilə əhatə olunması, bütün məhəllədaxili yolların əsaslı şəkildə yenidən qurulması, qəsəbələrdə yeni müəssisələrin, ticarət mərkəzlərinin, xidmət obyektlərinin yaradılması başa çatdırılacaq. Bundan başqa, bütün rayonlardakı kəndlərdə məktəblərin, xəstəxanaların, digər səhiyyə obyektlərinin bərpası, rabitə və nəqliyyat xidmətlərinin əhatəli şəkildə təmin olunması proqramın başlıca istiqamətlərini təşkil edəcək. 2013-cü ilədək vətəndaşların sosial xidmətlərdən əhatəli şəkildə istifadə etməsi üçün yeni səhiyyə müəssisələrinin, stasionar və diaqnostika mərkəzlərinin inşası, rabitə müəssisələrinin modernləşdirilməsi, məktəblərin ən yeni avadanlıqlarla təmin edilməsi, onların istilik təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Bir sözlə, bu sənədi bir növ regionların deyil, kəndlərin inkişaf proqramı da adlandırmaq olar.

Hökumət 2013-cü ilə qədər
Qarabağın azad edilməsini və
həmin ərazidə yenidənqurma
işlərinə başlamağı planlaşdırır

2009-2013-cü illəri əhatə edən Dövlət Proqramını səciyyələndirən əsas xüsusiyyətlərdən biri işğal olunmuş rayonlarda sosial-iqtisadi layihələrin həyata keçirilməsi ilə bağlıdır. Hökumət 2013-cü ilə kimi işğal altında olan rayonların azad edilməsini güman edir və Qarabağda bərpa-yenidənqurma işlərinə başlamağı planlaşdırır. Belə ki, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosialyönümlü obyektlərin inşa edilməsi, kommunal və infrastruktur şəbəkələrinin yaradılması nəzərdə tutulur. Həmin rayonlar işğaldan azad edildikdən sonra burada sosial-iqtisadi inkişafla bağlı xüsusi proqram hazırlanıb həyata keçiriləcək. Həmin proqramların əsas mahiyyəti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, məktəb, səhiyyə, xəstəxana və digər sosial obyektlərin tikintisi, vətəndaşların yeni iş yerləri ilə təmin edilməsindən ibarətdir.
İİN-də hesab edirlər ki, Dövlət Proqramının əsas istiqamətlərindən biri də sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, yeni müəssisələrin yaradılması üçün hökumətin güzəştli vergi-gömrük tarifləri tətbiq etməsi ilə bağlı olacaq. Sahibkarlar üçün güzəştli vergi rejiminin yaradılması, ƏDV-nin azadılması və digər tədbirlər həyata keçiriləcək. Yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi üçün sahibkarlara uzunmüddətli kreditlərin verilməsi də bu tədbirlər sırasındadır. Hökumət çalışacaq ki, beş il ərzində rayonlarda və kəndlərdə işsiz insan qalmasın, hər kəs evinə pul apara bilsin.

çap üçün verisya

Axtarish sistemi

  


« September 2010
Mo Tu We Th Fr Sa Su
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Advokat

Ali məktəblərin birində laborant işləyirəm. 4 yaşlı qızım var. Ana-bala hər ikimiz xroniki xəstəyik. Mənə düşən ödənişsiz məzuniyyətlər barədə məlumat verməyinizi xahiş edirəm.

Elza HƏSƏNOVA,
Samux rayonu.

- Əmək Məcəlləsinin 128-130-cu maddələrinə əsasən, qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İşçilərin xahişi ilə bir iş ilində aşağıdakı hallarda və müddətdə ödənişsiz məzuniyyətlər verilir: həkim məsləhət komissiyasının rəyi əsasında xroniki xəstəliyə tutulmuş uşağı olan valideynlərdən birinə, yaxud ailənin uşağa bilavasitə qulluq edən digər üzvünə - uşaq dörd yaşına çatanadək; əlillik qrupundan və səbəbindən asılı olmayaraq əlillərə, sağlamlıq imkanları məhdud olan 18 yaşınadək işçilərə - bir təqvim ayınadək; qazanılmış immunçatışmazlığı sindromu (AİDS) xəstəliyinə tutulmuş və ya insanın immunçatışmazlığı virusu (HİV) ilə yoluxmuş uşaq böyüdən, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağı olan valideynlərə - 14 təqvim gününədək; ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə - səhiyyə müəssisəsinin rəyi ilə 14 təqvim gününədək; sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək; ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək. Bu ödənişsiz məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan minimum məzuniyyətlərdir. Eyni zamanda əmək müqaviləsində nəzərdə tutulduğu halda, hər iki tərəfin razılığı (işçinin və işəgötürənin) və ya Kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda ödənişsiz məzuniyyətlər daha çox müddətə verilə bilər.
Əmək Məcəlləsinin 245-ci maddəsinə əsasən, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir. Həm özünüz və həm də uşağınız xroniki xəstə olduğu üçün ödənişsiz məzuniyyətlərdən istifadə etməklə bərabər Əmək Məcəlləsinin 245-ci maddəsində nəzərdə tutulan işlənmiş vaxta mütənasib əməkhaqqı ödənilən natamam iş günü və ya natamam iş həftəsi hüququndan istifadə etməyiniz daha düzgündür. Belə olan halda siz həm işəgötürənə ziyan vurmamaqla əmək funksiyalarınızı yerinə yetirmiş olursunuz və eyni zamanda xəstəliyin müalicəsi ilə əlaqədar müəyyən vaxt qazanmış olursunuz.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.