Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

martın 1-də

… Dövlət Teleqraf Agentliyinin-AzərTAc-ın 90 illik yubiley mərasimində və MDB Milli İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının XI iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul etmişdir.
… Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki "İmamzadə" kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması ilə əlaqədar Sərəncam imzalamışdır.

martın 2-də

… Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberqi qəbul etmişdir.
… Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul etmişdir.
… Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsini və Avropa Komissiyası vitse-prezidentinin adından, Avropa İttifaqına növbəti sədrlik edən dövlətin - İspaniya Krallığının xarici işlər və əməkdaşlıq naziri Migel Angel Moratinosun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

martın 3-də

… Rusiya Federasiyası Baş nazirinin birinci müavini İqor Şuvalovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Niderlandın Xarici İşlər Nazirliyinin baş katibi, nazirin müavini Ed Kroninburqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
… Filippinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Pedro O. Çanın, İrlandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tomas Rasselin, Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbirin və Danimarkanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Egberg Mikkelsenin etibarnamələrini qəbul etmişdir.

martın 4-də

… Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin maddi texniki bazasının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan müasir təcili tibbi yardım avtomobillərinin alınması üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 7,0 (yeddi) milyon manat vəsait ayrılacaq.

Rusiya Avropanı yenə qazsız qoymaq niyyətindədir

14.12.09 - 11:3160 baxılıb

Elşad Nəsirli: “Avropa İttifaqı ölkələrinə qaz nəqlini nəzərdə tutan kəmərin fəaliyyəti dayandırıla bilər”

Rusiya Yeni il ərəfəsində Avropa ölkələrini yenidən qazsız qoymaqla hədələyib. Rusiya Prezidenti Dmitri Medvedev bildirib ki, 2010-cu ildə Avropaya nəql olunacaq qazın tranzit tariflərinə yenidən baxılması zərurəti meydana çıxarsa, bu, ilk növbədə Avropa dövlətlərinə zərər verəcək. Xatırladaq ki, Ukrayna Rusiya ilə 2009-cu ilin yanvarında imzalanmış tranzit müqaviləsinin müddətinin 2010-cu ildə bitdiyini bəyan edərək, sazişə yenidən baxılmasının vacibliyini bildirib. Rəsmi Kiyev 2010-cu ildə qaz marşrutunun tranzit tariflərini artırmaq niyyətindədir.
Rusiya Prezidenti isə Ukrayna hökumətinin bəyanatını məsuliyyətsizlik kimi dəyərləndirib, "Mən bu müqaviləyə yenidən baxılması təkliflərini tamamilə məsuliyyətsizlik hesab edirəm" - deyən Prezident Medvedev onu da qeyd edib ki, əgər Ukrayna razılaşmaya əməl etməsə, Avropaya bu qış qaz nəqlində problemlər meydana çıxacaq.
Politoloq, geoiqtisadi məsələlər üzrə ekspert Elşad Nəsirli hesab edir ki, Medvedevin səsləndirdiyi fikirlər ciddi siqnaldır və Avropa ölkələri bu barədə düşünməlidirlər. Onlar Rusiyanın şaxtalı qış günlərində ata biləcəyi addımları nəzərə alaraq Ukraynanı kompromisə gəlməyə vadar etməlidir: "Rusiya istənilən anda Avropa İttifaqı ölkələrinə qaz nəql olunan kəmərin fəaliyyətini dayandıra bilər. Çünki belə hallara bir neçə dəfə təsadüf olunub. Sonuncu dəfə Rusiya ilə Avropa Birliyi arasında qaz münaqişəsinin gərginləşməsi Yeni ilin ilk günlərində baş verib. Kreml "qaz spekulyasiyalarından" istifadə edərək Avropa İttifaqı üçün ağır olan yanacaq böhranı yaradıb. Nəticədə Aİ ölkələri Ukraynanı güzəştli saziş imzalamağa razı saldılar. On günlük qaz böhranı Avropa üçün xəbərdarlıq idi".
E.Nəsirlinin fikrincə, rəsmi Moskvanın istənilən vaxt siyasi və iqtisadi təzyiq vasitəsi kimi qaz amilindən istifadə edəcəyi şübhə doğurmur: "Rusiya Aİ-nin regional siyasətindən və post-sovet məkanında strateji hədəflərə nail olmaq üçün atdığı addımlara dəfələrlə adekvat cavab verib. Aİ-nin bu regionda möhkəmlənmək üçün gerçəkləşdirmək istədiyi layihələr Kremli narahat etməyə bilməz. Qaz nəqli ilə bağlı problemlərin meydana çıxmasına da həmin amillər təsir göstərir".
Ekspert hesab edir ki, Avropa İttifaqı mövcud vəziyyəti nəzərə aldaraq problemi birdəfəlik həll etməlidir. Bunun üçün daha etibarlı və təminatlı yanacaq marşrutunun çəkilişini reallaşdırmaq lazımdır: "Avropa uzunömürlü qaz kəməri layihəsini müəyyənləşdirib. Bu marşrut isə NABUCCO kəməri hesab olunur. Aİ həmin marşrutun çəkilməsi üçün təcili addımlar atmalıdır. 2009-cu ilin yanvarında baş verən hadisələrdən sonra Avropa ölkələrinin NABUCCO-ya olan marağı xeyli artdı və onlar kəmərin çəkilişi istiqamətində fəallaşdı. Hətta qaz kəmərinin çəkilməsinə dair hökumətlərarası saziş də imzalanıb. Amma real işə gəlincə, Aİ bir qədər passiv görünür. Hətta Aİ-nin bir sıra ölkələri NABUCCO-nun alternativi olan və Rusiyanın maraqlarına cavab verən layihələrə qoşulmaq barədə sazişə də imza atıb. Bu kimi hallar NABUCCO-nun reallaşmasını ləngidir".
Eltac.

çap üçün verisya

Axtarish sistemi

  


« March 2010
Mo Tu We Th Fr Sa Su
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Advokat

- Səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) əmək fəaliyyəti ilə məşğul olan işçilərin əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə neçə gün əlavə məzuniyyət hüququ vardır?

Qənimət HÜSEYNOV,
Hacıqabul rayonu.


- Nazirlər Kabinetinin 2004-cü il 5 iyul tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı"nın 37-ci bölməsinin113-125-ci bəndlərinə əsasən, səhiyyə sahəsində taun əleyhinə müəssisələrdə (sanitariyalar, şöbələr, laboratoriyalar, institutlar) şübhəli, yaxud yoluxucu materiallarla bilavasitə və yaxud onlarla əlaqəsi olan işlərdə və xüsusi təhlükəli infeksiyalar üzrə yoluxucu otaqlarda (bokslarda), eləcə də bakterioloji preparatların istehsalında işləyən işçilərin:
o Avtoklavçının 18 təqvim günü,
o Sterilizasiya aparatçısının 18 təqvim günü,
o Baytar həkiminin 24 təqvim günü,
o Həkim, zooloq və entomoloqun 24 təqvim günü,
o Müəssisə direktoru (rəisi) və onun elmi işlər, istehsalat üzrə müavininin 24 təqvim günü, laboratoriyanın və şöbənin (bölmənin) müdirinin 24 təqvim günü,
o Təlimatçı- dezinfektorun və laborantın 18 təqvim günü,
o Kiçik tibbi heyətin və tauna qarşı müəssisənin digər işçilərinin 6 təqvim günü,
o Elmi işçinin və texniki rəhbərin 24 təqvim günü, preparatorun 18 təqvim günü əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ vardır.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.