Rəsmi

Azərbaycan
Respublikasının
Prezidenti İlham Əliyev

iyulun 18-də

…Gürcüstana işgüzar səfərə gəlmişdir.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə təkbətək görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili təkbətək görüş başa çatdıqdan sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşmüşlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili Batumidə geniş tərkibdə görüşdən sonra birgə mətbuat konfransı keçirmişlər.
…və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuat konfransı başa çatdıqdan sonra Batumi şəhərində həyata keçirilən və gələcəkdə icrası nəzərdə tutulan infrastruktur layihələrinin eskizlərinə baxmışlar.
…və xanımı Mehriban Əliyeva Batumidə Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofsla birgə işgüzar nahar etmişlər.
…və xanımı Mehriban Əliyeva, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və xanımı Sandra Elizabet Rulofs Batumi şəhərinin görməli yerləri ilə tanış olmuşlar.
…Gürcüstana işgüzar səfərini başa vuraraq həmin gün axşam Vətənə qayıtmışdır.

iyulun 19-da

…Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 20-də

…və xanımı Mehriban Əliyeva Respublika mehmanxanasının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə yaxından tanış olmuşlar.
…,xanımı Mehriban Əliyeva və ailə üzvləri paytaxtda, Dənizkənarı Milli Parkda "Park Bulvar" ticarət və istirahət mərkəzinin açılış mərasimində iştirak etmişlər.
…BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi Supaçay Paniçpakdini qəbul etmişdir.
…İtaliyanın "ENİ" Şirkətinin icraçı direktoru Paulo Skaroninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

iyulun 21-də

…Azərbaycan Duz İstehsa lat Birliyinin Masazır gölü ətrafındakı duz zavodunun açılışında iştirak və çıxış etmişdir.
…Azərbaycan Milli Mətbuatının inkişafındakı xidmətlərinə görə bir qrup mətbuat işçisinin "Tərəqqi" medalı, "Əməkdar Jurnalist", "Əməkdar Mədəniyyət İşçisi" və "Əməkdar Mühəndis" fəxri adları ilə təltif edilməsi haqqında Sərəncam imzalamışdır.
…Azərbaycan Milli Mətbuatının 135 illiyi ilə əlaqədar kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalamışdır.

iyulun 22-də

…Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncam imzalamışdır.
…Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
…"Total" Şirkətinin təhqiqat və istehsal üzrə prezidenti İv Lui Darrikarrerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Saxta məhsullardan yaxa qurtarmağın yolları

16.01.10 - 16:2969 baxılıb

Vahid Əhmədov: "Daxili bazarın saxta məhsullardan müdafiəsi beynəlxalq təcrübədə sınanmış çeşidli səmərəli mexanizmlərə əsaslanmaqla həyata keçirilməlidir"

Zahid İsayev: "Əvvəlki illərlə müqayisədə ticarət obyektlərində saxta məhsulun miqdarı xeyli dərəcədə azalıb"

Sevgim Rəhmanov: "Saxta malın mağazalardan tam yığışdırılmasının yollarından biri malın hesab fakturasının tələb olunmasıdır"


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti mütəmadi olaraq ticarət obyektlərində monitorinqlər aparır. Hər dəfə də külli miqdarda saxta mal aşkarlanır. Amma yoxlamaların miqyası, sahibkarlara qarşı tətbiq olunan inzibati cərimələrin məbləği artdıqca aşkar olunan saxta məhsulların həcmi də çoxalır. Ötən il İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər zamanı ümumi çəkisi 137 ton olan saxlama müddəti ötən və mənşəyi məlum olmayan ərzaq məhsulları aşkar olunaraq satışdan çıxarılıb.

Yararsız malların 7,8 tonunu ət və ət məhsulları, 15,1 tonunu süd və süd məhsulları, 34,8 tonunu mineral sular və sərinləşdirici içkilər, 18 tonunu şəkər və qənnadı məhsulları təşkil edib. Dövlət Xidməti tərəfindən ötən il həmçinin 3,3 ton taxıl məhsulları, 7,1 ton yağ, 2,3 ton konservləşdirilmiş məhsullar, 5,7 ton tamlı məhsullar (tomat pastası, ketçup və s.), 36,6 ton spirtli içki, 1,1 ton yarımfabrikatlar, 0,4 ton balıq və digər dəniz məhsulları satışdan çıxarılaraq məhv edilib. Bununla yanaşı, istifadə müddəti ötən 1,7 ton uşaq yeməkləri satışdan çıxarılıb. Xarici ölkələrdə belə bir təcrübə var ki, istehsal və ya idxal olunan məhsul yerində aidiyyəti qurumlar tərəfindən ciddi yoxlanılaraq satışa buraxılır. Maraqlıdır, bu təcrübənin Azərbaycanda tətbiqi mümkün deyilmi?
Aidiyyəti dövlət qurumları tərəfindən aparılan yoxlamaların saxta məhsulların bazardan tam yığışdırılması üçün yetərli olmadığını bildirən Tacirlər İctimai Birliyinin sədri Sevgim Rəhmanovun sözlərinə görə, ilk öncə saxta malların nədən ibarət olduğunu müəyyənləşdirmək vacibdir: "Əvvəlcə aydınlıq gətirmək lazımdır ki, həmin dövlət qurumlarının aşkarladığı saxta mal nədən ibarətdir. Onların yaydığı məlumatdan da göründüyü kimi, əksəriyyəti vaxtı ötmüş, sənədləri olmayan məhsullardır. Gizli sexdə istehsal olunan, mənşəyi bəlli olmayan və xaricdən qanunsuz yolla gətirilən məhsullar çox vaxt monitorinqlərin hədəfinə heç rast gəlmir. Amma satışda bu malların miqdarı daha çoxdur. Əgər ciddi tədbirlər görülməsə, o yoxlamaların nəticəsi olmayacaq. Hesab edirəm ki, ilk növbədə qanunvericilikdə olan boşluqlar doldurulmalıdır. Hələ də Azərbaycanda "Ticarət haqqında" qanun yoxdur. Nazirlər Kabinetinin ölkə daxilində mövcud ticarətin təşkili barədə 1998-ci il 80 saylı qərarı isə işləmir. İqtisadi İnkişaf Nazirliyi Ticarət Nazirliyinin bazasında yaradılıb. Bu gün ancaq o nazirliyin nəzdində nə ticarət departamenti, nə də ticarət məsələlərini tənzimləyən başqa qurum yoxdur. Monitorinq aparan İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti isə istehlakçıların hüquqlarını qoruyur. Bəs ticarətçilərin hüquqlarını kim qoruyacaq?".

"Ticarətdə çalışanların 70 faizinin ticarət savadı yoxdur, ticarət nədir bilmirlər"

S.Rəhmanovun qənaətinə görə, ticarət fəaliyyəti ilə məşğul olanların maariflənməyə də böyük ehtiyacı var: "Bu fəaliyyətlə məşğul olanların çoxu elementar ticarət qaydalarından xəbərsizdir. Ticarətdə çalışanların 70 faizinin ticarət savadı yoxdur, ticarət nədir bilmirlər. Azərbaycandan başqa dünyanın heç bir yerində belə bir təcrübə yoxdur ki, yerindən duran küçənin yuxarısından malı alıb, aşağıda satsın. Yerindən duran ticarətlə məşğul olur. Buna görə də yoxlamalarla yanaşı, maarifləndirmə tədbirləri də həyata keçirilməlidir. Ticarətdə işləyənlərin savadı artırılmalıdır. Axı niyə, qanunvericiliyimizdə yalnız ticarət sahəsində işləyənlərdən heç bir sənəd tələb olunmur?".
S.Rəhmanov yoxlamaların nəticəsi haqqında ictimayyəti məlumatlandırmağı da vacib sayır: "Bəzən 10 obyektdə yoxlama aparılır. Amma nəticələri mətbuat və televiziya vasitəsilə yayımlanan 1-2 faiz obyekt olur.

"Əvvəlki illərlə müqayisədə ticarət obyektlərində saxta məhsulun miqdarı xeyli dərəcədə azalıb"

İqtisadi İnkişaf Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi vəzifəsini icra edən Zahid İsayevin sözlərinə görə, bu qurum əsasən istehlakçıların təmasda olduğu bazar və ticarət obyektlərində monitorinq keçirmək səlahiyyətinə malikdir: "Biz satışa buraxılan məhsulların istifadə müddətinə, keyfiyyətinə, sertifikatlaşma sənədlərinin olub-olmamasına nəzarət funksiyası həyata keçiririk. İstehsal müəssisələrində monitorinq keçirmək səlahiyəti başqa dövlət qurumlarının funksiyalarına daxildir. Keçirilən monitorinqlərin müəyyən nəticəsi də olur. Əvvəlki illərlə müqayisədə ticarət obyektlərində saxta məhsulun miqdarı xeyli dərəcədə azalıb".
Z.İsayevin sözlərinə görə, bir dəfə monitorinq aparılmaqla işlər yekunlaşmır: "Əvvəl keyfiyyətsiz mal satılan obyektlərə təkrar nəzarət tədbiri həyata keçirilir. Əksər hallarda verilən tapşırıqların yerinə yetirildiyi məlum olur, həmin obyektlərdə çox vaxt saxta mal tapılmır".
Xidmət rəis əvəzi Azərbaycanda yeyinti məhsullarının keyfiyyəti və təhlükəsizliyini öyrənmək üçün müasir laboratoriya yaradıldığını vurğuladı: "Həmin laboratoriyalarda quraşdırılan yüksək dəqiqliklə işləyən aparatlar vasitəsilə yeyinti məhsullarının bakteriyaların nəinki həcmini, hətta sayını da müəyyənləşdirmək mümkün olur. İqtisadi İnkişaf Nazirliyi həmin laboratoriyalarda Amerika, Almaniya və yapon firmalarının istehsalı olan ən müasir cihaz və avadanlıqlar quraşdırıb. Bu isə demək olar ki, bütün ərzaq məhsullarının keyfiyyətini və təhlükəsizliyini qiymətləndirməyə imkan verir. Bu nöqteyi-nəzərdən satışa çıxarılan saxta məhsulun həcmini minimuma endirmək mümkün olacaq".
Mövcud qanunvericiliklə istehsal müəssisələrində monitorinq aparmaq səlahiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə verilib. Qurumun nəzarət tədbirləri haqda məlumat verən komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı dedi ki, komitənin mütəxəssisləri ərzaq məhsullarının keyfiyyətinə nəzarət məqsədi ilə 22 müəssisədə monitorinq aparıblar: "Aparılmış monitorinq nəticəsində kolbasa və sosiska məmulatlarının, tort, şərq şirniyyatı, qablaşdırılmış yarımfabrikatlar istehsalı ilə məşğul olan, qızardılmış çörək tikələri (suxarı) istehsal edən bu müəssisələrdə normativ sənədlərin tələblərinə cavab vermədiyi, sertifikatsız məhsulların istehsal olunduğu, istehsalda istifadə olunan ölçmə vasitələrinin dövlət yoxlamasından keçirilmədiyi aşkarlanıb. Bəzi müəssisələrdə məhsulun markalanmasında istifadə müddəti 60 gün göstərilməli olduğu halda məhsulun üzərində 6 ay göstərilməsi yol verilən nöqsanlardır".
İqtisadçı millət vəkili Vahid Əhmədov isə hesab edir ki, daxili bazarın saxta məhsullardan müdafiəsi beynəlxalq təcrübədə sınanmış çeşidli səmərəli mexanizmlərə əsaslanmaqla həyata keçirilməlidir: “Daxili bazarın müdafiəsi əsasən tarif və qeyri-tarif məhdudiyyətlərini əhatə edir. Bu normalar qanunvericilik qaydasında xarici ticarət fəaliyyətinin dövlət tənzimlənməsinin hüquqi əsasını formalaşdırmalıdır. Ayrı-ayrı məhsul növlərinə münasibətdə tənzimlənmə, müdafiə tədbirləri kimi nəzərdə tutulur: ixrac və idxalın kəmiyyət məhdudiyyətləri, ixrac və idxala dövlət inhisarı, idxalın məhdudlaşdırılması və ya qadağan edilməsi, idxala texniki, ekoloji, keyfiyyət və başqa tələblər, nəzarət və s. Nəzərdə tutulur ki, yerli istehsal və yerli istehlak həcmləri nəzərə alınmaqla, xarici mənşəli məhsulların daxili bazara daxilolma imkanları, həcmləri, çeşidləri, zəruri hallarda isə müddətləri tənzimlənməli, reqlamentləşdirilməlidir. Nəticə etibarı ilə yerli məhsulların üstün rəqabət imkanları, idxalı əvəzləyən sahələrin inkişafı təmin edilməlidir. Bu tədbirlər müddətli xarakter daşımalı, konkret sahə üçün digər stimullaşdırıcı amillər də kompleks təşkil etməklə, nəticədə real inkişaf impulsu rolunu oynamalıdır”.

çap üçün verisya

Axtarish sistemi

  


« July 2010
Mo Tu We Th Fr Sa Su
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Advokat

Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə və 77-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləmə xitam verilmişdir və son maaşım hesablanmışdır. Əgər 03 may 2010-cu ildə işdən azad olunmuşamsa, 2 ay üçün (may-iyun) müavinətlə birlikdə mənə medal pulu da verilməlidirmi?

Mirzə QƏHRƏMANOV,
Naxçıvan şəhəri.


- Qeyd etdiyiniz medal almaqla əlaqədar işçilərə hər hansı bir ödənişin verilməsi qanun və digər normativ-hüquqi aktlarla deyil, müəssisə, idarə və ya təşkilatın müvafiq qərarları əsasında həyata keçirilir. Bu qərarların özlərində isə bu ödəmələrin hansı məbləğdə, hansı müddətdə verilməsi və digər şərtlər qeyd olunur. Əgər bu ödəniş işçinin əmək münasibətlərində olduğu müddət üçün nəzərdə tutulubsa, o halda Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndində (işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir) göstərilən müddət üçün ödənilməlidir. Əgər işçi ilə Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndində (işəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əməkhaqqını birdəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər) göstərilən qaydada əmək müqaviləsinə xitam verilibsə, bu halda medal almaqla əlaqədar işçilərə ödənilən pul ödənilmir. Belə ki, birinci halda 2 ay xəbərdarlıq müddəti işçinin əmək münasibətləri dövründə aldığı əməkhaqqına, ikinci halda isə ixtisarla əlaqədar işçinin aldığı iki aylıq müavinətə aiddir.


© 2006-2010
Müəllif hüquqları Ulfet Qazeti-nə məxsusdur.
Dizayn NUR D şirkəti tərəfindən hazırlanıb.